Icma.az
close
up
RU
Yekaterinburq cinayətinin pərdəarxası

Yekaterinburq cinayətinin pərdəarxası

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, Rusiyanın xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən “VÇK-OQPU” Telegram-kanalının məlumatına görə, Yekterinburqda azərbaycanlıların vəhşicəsinə saxlanmasında Rusiya İstintaq Komitəsinin İstintaq İdarəsinin Sverdlovsk vilayətində mühüm vacib işlər üzrə 4-cü şöbəsinin rəhbəri mayor Yaroslav Kuzvesov əlahiddə rol oynayıb.
Belə ki, hələ azərbaycanlıların Yekaterinburda kütləvi şəkildə saxlanmasından əvvəl Yaroslav Kuzvesov FTX-nin yerli idarəsini və Sverdlovsk İstintaq Komitəsinin rəhbərliyini Səfərovlar və Şıxlinskilərin ötən illərin cinayətlərində iştirakına dair təkzibedilməz sübutlar olduğuna əmin edib. Onun iddiaları əsasında azərbaycanlıların kütləvi şəkildə vəhşicəsinə saxlanılıblar.
“Lakin iki aylıq “araşdırma”dan sonra məlum oldu ki, bir sıra şahidlərin ifadələrindən başqa azərbaycanlılara qarşı təqdim etməyə praktiki olaraq heç nə yoxdur. Moskvadan gələn müfəttişlərdən ibarət nümayəndə heyəti təcrübəli general-mayor İqor Nikolayevin rəhbərliyi altında Sverdlovsk FTX-nin Rusiyaya təkcə nüfuz baxımından yox, bir çox məsələ üzrə çox baha başa gələ biləcək belə bir səhvi necə və niyə etdiyini öyrənir”, - Telegram-kanal vurğulayır.
Rusiya Federasiyası İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsinin rəisi, general-mayor Boqdan Frantsişko, öz növbəsində, var gücü ilə mayor Kuzvesovun əməllərini ört-basdır etməyə çalışır.
- Səfərovlar və Şıxlinskilərə qarşı cinayət işinin araşdırılmasına cavabdeh olan mayor Yaroslav Kuzvesov baş verənlərin miqyasını anlayaraq, əlində olan sübut bazası ilə bağlı rəhbərliyi çaşdırdığını və “şəxsi ambisiyalarına görə” Azərbaycan diasporuna qarşı əməliyyata başladığını artıq etiraf edib”, - dərc olunan materialda bildirilir.
Telegram-kanalı yazır ki, indi insidenti ört-basdır etmək mümkün olmayacaq, çünki vəziyyət beynəlxalq səviyyəyə yüksəlib.
“Azərbaycanlıları buraxmaq təkcə Azərbaycana uduzmaq deyil, həm də postsovet məkanının digər ölkələrinə öz zəifliyini göstərmək deməkdir. “İşi bitirmək” üçün hələ kifayət qədər arqumentlər də yoxdur. Təhlükəsizlik qüvvələri isə sıravi mayorun ambisiyalarına görə tələsik axtarış aparmalı olurlar, çünki Azərbaycanla münasibətləri qəlizləşdirmək Kremlin planlarına daxil deyildi”, - xəbərdə bildirilir.
Xatırladaq ki, bu ilin iyun ayında Yekaterinburqda Rusiya və Azərbaycan vətəndaşları olan etnik azərbaycanlıların məskunlaşdığı bir neçə mənzildə Rusiya Milli Qvardiyası, Daxili İşlər nazirliyi və FTX-nin birgə reydi keçirilib.
Keçirilən reyd zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 2001, 2010 və 2011-ci illərdə qətl törətməkdə şübhəli bilinən şəxsləri saxlayıblar. Həbs zamanı əslən azərbaycanlı olan Ziyəddin və Hüseyn Səfərov qardaşları dünyasını dəyişib. Daha bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
Qalan azərbaycanlılar isə açıq-aşkar görünən döyülmə izləri ilə məhkəməyə gətirilib. Ümumilikdə 50-yə yaxın adam saxlanılıb. İyulun 1-də Yekaterinburq şəhərindəki Azərbaycan diasporunun rəhbəri, “Azərbaycan-Ural” təşkilatının sədri Şahin Şıxlinski və oğlu saxlanılıblar.
Soydaşlarımızın vəhşicəinə saxlanması və bu zaman onlardan ikisinin ölümü ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi sərt bəyanat yayıb. Eyni zamanda, Rusiyanın səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Azərbaycan XİN-ə çağırılaraq, ona kəskin etiraz bildirilib.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://azvision.az
archiveBu xəbər 09 Sentyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri