Putin Forumda Trampın hədəsindən danışdı: Qərb Rusiyanı strateji cəhətdən məğlub etməyə çalışıb, lakin...
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Rusiya prezidenti Vladimir Putin Rusiyada "Bank VTB"nin “Rusiya çağırır" beynəlxalq investisiya forumunda mühüm açıqlamalar verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Forumda çıxış edən Putinin sözlərinə görə, Qərb Rusiyanı indiyədək iqtisadiyyat sahəsində strateji cəhətdən məğlub etməyə çalışıb, lakin uğursuz olub: "Qərb siyasətçiləri Rusiya ilə əməkdaşlıq edən ölkələrə təzyiq edir. Onları sanksiyalarla hədələyir. Dünya dəyişir, artıq hər şey istədikləri kimi getmir. Qərb siyasətçiləri, əslində, çoxqütblü dünya nizamının formalaşmasını sürətləndirirlər".
Rusiya lideri ABŞ-ın yeni prezidenti Donald Trampın BRİKS üzvlərini hədələməsinə gəlincə, Putin deyib ki, onun BRİKS ölkələrini yeni valyuta yaratmamaq və yaradarlarsa, 100 faiz gömrük rüsumu ilə üzləşəcəklər təhdidi yersizdir: "Tramp 4 il Ağ Evdə olmadı. Bu müddət ərzində dünyada və Amerika iqtisadiyyatında dəyişikliklər oldu. Trampın siyasi rəqibləri dünyanın ehtiyat valyutası olan dolların əsaslarını sarsıtmaq üçün çox şey etdilər...".
Lamiyə Əhmədli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 04 Dekabr 2024 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















