“Putin hazırda heç vaxt olmadığı qədər sərt mövqe tutur” ABŞ kəşfiyyatı
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Amerika kəşfiyyat orqanlarının məlumatına görə, Kreml rəbəri Vladimir Putin Ukraynaya qarşı müharibəni davam etdirmək və döyüş meydanında qələbə qazanmaq niyyətindədir.
"NBC News"-un yazdığına əsasən, bu ay Konqres üzvlərinə təqdim edilən analizdə qeyd olunur ki, ABŞ kəşfiyyat agentlikləri Rusiyanın Ukrayna ilə kompromisə getməyə hazır olduğuna dair heç bir əlamət görmür. Bu, ABŞ prezidenti Donald Trampın sülh danışıqları aparmaq cəhdlərinə baxmayaraq baş verir.
Hesabatda bildirilir ki, bu qiymətləndirmə 2022-ci ilin fevralından bəri Qərb xüsusi xidmət orqanlarının Rusiyanın mövqeyi ilə bağlı baxışlarına uyğun gəlir. ABŞ rəsmilərinin sözlərinə görə, indi Putin öz mövqeyinə əvvəlkindən daha çox diqqət edir.
Kəşfiyyatın dəyərləndirməsinə görə, Rusiya lideri Ukrayna əraziləri üzərində nəzarəti genişləndirmək və bu yolla insan və maliyyə itkisini əsaslandırmaq niyyətindədir.
Ağ Ev isə kəşfiyyat məlumatlarının məzmununu şərh etməkdən imtina edib və Trampın ictimai açıqlamasına istinad edib:“Prezidentin dediyi kimi, bu, Rusiyanın iki ən böyük neft şirkətinə qarşı tətbiq edilən ciddi sanksiyalardır və o, ümid edir ki, bu addımlar müharibənin sonuna kömək edəcək. ABŞ sülh yolu ilə həllin tərəfdarı olaraq qalacaq, lakin davamlı sülh yalnız Rusiyanın səmimi şəkildə danışıqlara hazır olması halında mümkündür".
Avropalı diplomatlar və keçmiş kəşfiyyatçılar qeyd edirlər ki, yeni sanksiyaların, Ukraynanın Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələrin və Avropanın artan hərbi dəstəyinin birləşməsi zamanla Kremlin hesablamalarına təsir göstərə bilər.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 29 Oktyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















