Icma.az
close
up
RU
Heç vaxt olmadığı qədər güclü Azərbaycan

Heç vaxt olmadığı qədər güclü Azərbaycan

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

8 Noyabr Zəfərinin doğurduğu gerçəklər

Bir çox hadisə və proseslər var ki, onların vətəndaşlıq hüququ qazanmaları, gerçək tarixə çevrilmələri üçün zamana ehtiyac var. Ancaq 44 günlük müharibə reallıqlarını, bu mənada, istisna saymaq mümkündür. Daha doğrusu, istisna olan müharibədə əldə etdiyimiz Zəfərdir. Çünki üzərindən çox da böyük vaxt keçməsə də, onun nəticələrinə konkret yanaşmaq üçün əsaslar var. Qəti şəkildə əmin olduğumuz ən böyük nəticə isə budur: 44 günlük Vətən müharibəsindəki Zəfərimiz təkcə hərbi qələbəni deyil, eyni zamanda, xalqımızın özünəinamının bərpasını, milli dövlətçiliyimizin keyfiyyətcə yeni mərhələyə yüksəlişini, ölkəmizin geosiyasi mövqeyinin güclənməsini təmin etdi.

Əlahəzrət tarix də elə anlar yaradır ki, həmin anlarda xalqların taleyi dəyişir, dövlətlərin gələcək inkişaf istiqamətləri müəyyənləşir. Hərçənd, bunun heç də asan başa gəlmədiyini bilirik. Axı Zəfərimiz onilliklər ərzində formalaşan dövlətçilik strategiyasının, iqtisadi inkişafın, hərbi quruculuğun, milli həmrəyliyin və siyasi iradənin təntənəsi idi. Çünki Zəfər Azərbaycanın dövlət gücünün yeni miqyasını üzə çıxardı, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyini dəyişdirdi, milli maraqlarını müdafiə etmək və regional proseslərə təsir göstərmək imkanlarını əhəmiyyətli dərəcədə genişləndirdi. Buna görə tam əminliklə bildiririk ki, bu gün tariximizin son iki yüzillik mərhələsindəki ən güclü Azərbaycanda yaşayırıq. Yaşantı ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyimizdən qaynaqlanır. O sadiqlik ki, Prezident, Ali Baş Komandan İlham Əliyevi Zəfərin memarına çevirib.

***

Güclü dövlət ideyası və iki əsrin tarixi təcrübəsi XIX əsrin əvvəllərindən etibarən Azərbaycan torpaqlarının böyük imperiyaların geosiyasi maraqlarının toqquşma meydanına çevrilməsi xalqımızın siyasi taleyinə ağır təsir göstərdi. 1813-cü ilin Gülüstan, 1828-ci ilin Türkmənçay müqavilələri ilə tarixi Azərbaycan torpaqlarının parçalanması, dövlətçilik ənənələrimizin zəifləməsi, sonrakı dövrlərdə müstəqillik uğrunda mübarizənin mürəkkəb mərhələlərdən keçməsi milli tariximizin ağrılı yaşantılarıdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın dövlətçilik iradəsinin təzahürü olsa da, müstəqilliyin ömrü cəmi 23 ay oldu. 1920-ci ilin sovet işğalı arzularımıza sədd çəkdi.

1991-ci ildə dövlət müstəqilliyimizi yenidən bərpa etdikdə qarşımızda son dərəcə ağır və mürəkkəb vəzifələr dayandı. Ermənistanın hərbi təcavüzü, ərazilərimizin işğalı, iqtisadi böhran, siyasi qeyri-sabitlik və beynəlxalq təcrid təhlükəsi müstəqil dövlətçiliyimizin möhkəmlənməsinə ciddi maneələr yaratdı. Belə bir şəraitdə güclü dövlət qurmaq, milli maraqları qorumaq və Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmək tarixi zərurətə çevrildi. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası məhz bu zərurətdən doğdu. O strategiya ki, inkişaf üçün güclü təməl formalaşdırdı. Heydər Əliyev şəxsiyyətinin əsasını qoyduğu təməl isə İlham Əliyevin Prezidentliyi zamanında yeni məzmun və miqyas qazandı. Elə Zəfərimizi doğuran da məhz bu əhatəlilik oldu.

***

Prezident İlham Əliyev hələ 2017-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş yubiley toplantısında ölkəmizin inkişafını səciyyələndirərkən Azərbaycanın tarixdə heç vaxt indiki qədər güclü olmadığını bildirmişdi. Bu fikir sonrakı illərin hadisələrinin fonunda daha geniş tarixi məna qazandı. Çünki 2020-ci ildə Azərbaycan yalnız öz hərbi potensialını nümayiş etdirmədi. Ölkəmiz müstəqil siyasi qərar qəbul etmək, mürəkkəb beynəlxalq şəraitdə milli maraqlarını qorumaq, informasiya və diplomatiya müstəvilərində qarşılaşdığı təzyiqlərə davam gətirmək qabiliyyətini də ortaya qoydu.

44 günlük müharibə Azərbaycanın dövlət gücünün müxtəlif komponentlərinin vahid məqsəd ətrafında birləşməsi nümunəsi oldu. Ali Baş Komandanın siyasi iradəsi, Azərbaycan Ordusunun döyüş qabiliyyəti, xalqın həmrəyliyi və beynəlxalq münasibətlər sistemində formalaşdırılmış tərəfdaşlıqlar Qələbənin əsas dayaqlarına çevrildi. Şuşanın azad edilməsi isə bu Zəfərin həm hərbi, həm də mənəvi-siyasi zirvəsi idi. Tarixi və mədəni yaddaşımızın simvolu olan Şuşanın düşmən işğalından qurtuluşu xalqın öz tarixi ilə yenidən qovuşması, milli ləyaqətin bərpası anlamı daşıdı.

Burada bir mühüm məqamı xüsusi vurğulamaq lazımdır ki, hərbi Qələbə dövlətin gücünü nümayiş etdirməklə yanaşı, həmin gücün davamlılığını təmin etmək üçün yeni məsuliyyətlər də yaradır. Nəzərə alaq ki, torpaqları azad etmək nə qədər böyük tarixi missiya idisə, həmin torpaqlarda həyatın bərpası, təhlükəsizliyin təmin olunması, iqtisadi və sosial inkişafın təşkili də bir o qədər mühüm dövlətçilik vəzifəsidir. Haşiyə çıxaq ki, bu vəzifənin də öhdəsindən gəlinib. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış proqramı, yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun yenilənməsi və iqtisadi fəaliyyətin bərpası Qələbənin sülh quruculuğu müstəvisində davam etdirilməsidir.

***

Əlbəttə, 44 günlük müharibənin Azərbaycanın beynəlxalq mövqeyinə təsirini yalnız Cənubi Qafqazın dəyişən hərbi-siyasi mənzərəsi ilə məhdudlaşdırmaq düzgün olmazdı. Zəfər ölkəmizin geosiyasi çəkisinin artmasına, xarici siyasət imkanlarının genişlənməsinə və beynəlxalq proseslərdə daha fəal iştirakına zəmin yaratdı. Mövcud kontekstdə müasir beynəlxalq münasibətlər nəzəriyyəsində işlədilən “orta güc” anlayışı xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, böyük güclərdən fərqli olaraq, orta güclər dünya siyasətinin bütün istiqamətlərini müəyyənləşdirmək imkanına malik olmasalar da, onların iqtisadi, hərbi, diplomatik və institusional potensialı öz regionlarında proseslərə təsir göstərməyə, müxtəlif güc mərkəzləri arasında əməkdaşlıq platformaları yaratmağa, beynəlxalq gündəliyin ayrı-ayrı məsələlərində təşəbbüskar rol oynamağa imkan verir. Deməli, orta güc olmaq, ilk növbədə, müstəqil qərar qəbul etmək, milli maraqları qorumaq və öz imkanlarını beynəlxalq nüfuza çevirmək bacarığıdır.

Azərbaycanın son illərdəki inkişafına bu prizmadan nəzər saldıqda bir sıra mühüm dəyişikliklər diqqəti cəlb edir və onlardan söz açarkən, əvvəla, ölkəmiz Cənubi Qafqazda hərbi-siyasi reallıqların formalaşmasında həlledici rol oynayan aktora çevrilməsi vurğulanmalıdır. İkincisi, Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa və digər regionların tərəfdaşları üçün əhəmiyyətli təchizatçı və tranzit ölkə mövqeyini möhkəmləndirib. Üçüncüsü, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafında strateji əhəmiyyətini artırıb. Nəhayət, dördüncüsü, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda fəal mövqe nümayiş etdirib. Bütün bunlar göstərir ki, Azərbaycanın beynəlxalq çəkisi artıq yalnız enerji resursları və coğrafi mövqeyi ilə ölçülmür, ölkəmiz regional təhlükəsizlik, nəqliyyat bağlantıları, enerji əməkdaşlığı, iqlim diplomatiyası və beynəlxalq dialoq kimi müxtəlif istiqamətlərdə təşəbbüslərlə çıxış edir.

Əlbəttə, 44 günlük müharibədən sonra Azərbaycanın güclənməsini yalnız rəqəmlərlə, iqtisadi göstəricilərlə, hərbi texnika və beynəlxalq müqavilələrlə ölçmək mümkün deyil. Bu Qələbənin ən böyük nəticələrindən biri xalqımızın öz gücünə inamının bərpası, milli özünüdərkin yeni mərhələyə yüksəlməsi və gələcəyə daha böyük əminliklə baxmasıdır. Bu mənada, bir məqamı da vurğulayaq. İşğal illərində doğulmuş, böyümüş, Qarabağı yalnız ailə xatirələrindən, kitablardan və xəritələrdən tanımış nəsil bu gün azad torpaqlarda yeni həyatın qurulmasının iştirakçısına çevrilir. Bu, sadəcə coğrafi qayıdış deyil, tarixi yaddaşın, milli mənəviyyatın və dövlətçilik iradəsinin qayıdışıdır.

Əvəz RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Noyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri