Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Putin hələ də gələ bilər: Tramp bütün kartları onun əlindən alır

Putin hələ də gələ bilər: Tramp bütün kartları onun əlindən alır

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

İstanbulda başlayan Rusiya-Ukrayna danışıqları tez bir zamanda atəşkəs razılığının əldə olunması və sülh sazişi ilə bağlı dialoqa ümidlər hələ də böyükdür. Amma Putinin İstanbul danışıqlarına köməkçisi (nümayəndə heyətinin rəhbəri) Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, Silahlı Qüvvələri Baş Qərargahının rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomini göndərməklə hələ də atəşkəsdə maraqlı olmadığı mesajını verib. Bu heyət danışıqlarda hər hansı razılaşma əldə etmək səlahiyyətinə malik deyil.

Əgər danışıqlarda birinci raundda olduğu kimi xarici işlər naziri Sergey Lavrov səviyyəsində şəxs göndərilsəydi, o zaman Kremlin tez bir zamanda atəşkəsin əldə olunmasında maraqlı olduğunu demək olardı. Bu isə onu deməyə əsas verir ki, Kremlin bütövlükdə Ukraynanı nəzarətində saxlamaq və digər məqsədləri var. Kreml onu da yaxşı anlayır ki, irəli sürdüyü şərtlər daxilində atəşkəsə razılıq verilərsə, o zaman sülh danışıqları on illiklərlə uzana bilər və bu müddət ərzində Ukrayna iqtisadi və ordu cəhətdən güclənib etibarlı şəkildə öz təhlükəsizliyini təmin etmək gücünə malik ola bilər. Onda Kiyev dayanıqlı sülhü təmin etmək üçün itirilmiş ərazilərinin geri qaytarılmasını tələb edəcək. Ona görə də Kreml uzaq hədəflərə xidmət edən məqsədlərinə nail olmaq üçün atəşkəsdən yayınaraq vaxt udmaq, qarşı tərəfi daha ciddi güzəştlərə vadar etmək niyyətindədir. Necə ki, hazırda müharibənin aktiv fazasını davam etdirməklə buna nail olmaqdadır. 

Bu məqamda aprelin 9-da Bakıda ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumunda Prezident İlham Əliyevin Rusiya-Ukrayna müharibəsində atəşkəsin və sülh danışıqları ilə bağlı səsləndirdiyi fikirləri qeyd etmək yerinə düşər. 

“Birincisi, əsas sual ondan ibarətdir ki, həmin atəşkəs, daha doğrusu, potensial atəşkəs və əgər belə demək olarsa, müvəqqəti atəşkəs dayanıqlı olacaqmı? İki açıq müharibədən keçmiş və onların arasında olan dövrü görmüş ölkə kimi deyə bilərəm ki, atəşkəs heç zaman müharibəni dayandırmır.
İkincisi, atəşkəs hansı mənada olacaq? O da vacibdir, çünki onun şərtləri müharibəni dayandırmaq arzusunda olanlar üçün çox vacibdir ki, onlar nə haqda danışıldığını aydın anlasınlar. Dayandırmaq-hansı mənada? Yəni, topdan atəş, hava bombardmanı, snayper atəşi, təxribat qrupları olmayacaq? O, hansı mənada olacaq? Rusiya ilə Ukrayna qoşunları arasında təmas xətti xeyli uzundur”, - Prezident Əliyev qeyd edib.

Yəni tərəflərin istəyindən asılı olmayaraq atəşkəsin əldə olunması hələ müharibənin tez bir zamanda bitəcəyi və sülh razılaşmasının əldə olunacağı anlamına gəlməməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Rusiya-Ukrayna cəbhəsində təmas xətti həddindən artıq uzun olduğu üçün burada atəşkəsə nəzarət mexanizmini tətbiq etmək faktiki qeyri-mümkün olacaq. Təmas xəttində baş verəcək təxribatlar müharibənin yenidən alovlanması ilə nəticələnə bilər və bu da istisna deyil. Çünki Rusiya-Ukrayna müharibəsinin xarakteristikası Qərb-Rusiya arasında gedən savaş olduğundan burada atəkəsin əldə edilməsi elə də asan olmayacaq. 

Burada digər məqamlardan biri də ondan ibarətdir ki, əgər cəbhə xəttində üstünlük Rusiya tərəfdə olmasaydı və ciddi böhranla üzləşsəydi atəşkəsə ümid etmək olardı. Amma üstünlük birmənalı şəkildə Rusiya tərəfində olduğundan Kreml atəşkəsin əldə olunmasında maraqlı deyil. Kremlin atəşkəslə bağlı şərtləri bəllidir və Qərb də Rusiyanın Ukraynanın nəzarətində olan torpaqlarının itkisi ilə razıdır. Ancaq bu da Kremli qane etmir. Moskva təkcə nəzarət etdiyi torpaqlarla razılaşmır.

Burada mühüm məqamlardan biri də onadan ibarətdir ki, yeni dünya düzənində və çoxqütblü dünyanın formalaşmasında əsas aktor rolunu qoruyub saxlamağa çalışır. Amma danışıqlarda fors-major halları da ola bilər. Tərəflər razılığa gələ bilər və bu zaman daha yüksəksəviyyəli nümayəndə heyətinin görüşünə zərurət yaranar. Moskvanın danışıqları uzatması xeyrinə olduğu kimi, həm də ziyanınadır. 

Putinin və Kremlin kaprizləri prosesi onun əksinə yönəldə bilər. Çünki son vaxtlarda Ağ Ev rəhbəri Donald Trampın da Putinə olan inamı azalmaqdadır və bu da həm Tramp, həm də onun komandası tərəfindən son vaxtlarda davamlı olaraq gündəmə gətirilməkdədir. Ağ Ev Kiyev, Brüssellə yanaşı, Kremlə də mesajını açıq şəkildə çatdırıb ki, nəticəsiz danışıqlar uzun müddət davam edə bilməz və ABŞ danışıqlardan çıxa bilər. Trampın danışıqlardan imtinası Rusiyanı çıxılmaz vəziyyətə sala bilər. Nəticədə Putin Trampı itirməklə onun simasında nəinki Rusiya-Ukrayna məsələsi ilə yanaşı, beynəlxalq münasibətlər sistemində digər fürsətləri də itirmiş olar. Putin həm bu fürsətlərdən məhrum olmamaq, həm də Trampın son vaxtlarda beynəlxalq aləmdə sürətlə itirilən nüfuzunun bərpa olması baxımdan hansısa addımlar ata bilər.

Trampın bu gün yenidən "Lazım olsa, cümə günü İstanbula gedə bilərəm. Getməsəm, Putin gəlməyəcək" dedim və bunda haqlı idim" ifadəsini işlətməsi heç də təsadüfi hesab etmək olmaz. Tramp davamlı olaraq ümidverici bəyanatlarla çıxış etməklə, Putinin bütün kartlarını əlindən almağa xidmət edir. Sabah Tramp danışıqlardan imtina edib Moskvaya qarşı hansısa sərt addımlar atanda qarşı tərəfin deməyə sözü olmasın. Odur ki, Putin danışıqların gedişinə uyğun olaraq son anda İstanbula getmək qərarı verə bilər.

Ona görə də bütün bu və digər amillər onu deməyə əsas verir ki, Putin ilkin mərhələdə ən azından 30 günlük atəşkəsə razı ola bilər və bu istisna deyil. Bu, həm Kremlin gələcək strategiyasını, həm taktikasını, həm də ordunun dincəlib yenidən formalaşdırılması baxımdan önəmlidir. Amma bu o demək deyil ki, Putin-Tramp görüşü müharibəni sonlandıracaq.

Prezident İlham Əliyev aprelin 9-da ADA-da keçirilən beynəlxalq forumda bəyan edib ki, yaxın gələcəkdə Moskva ilə Kiyev arasında sülh perspektivi yoxdur: “Yaxın gələcəkdə Ukrayna ilə Rusiya arasında sülh üçün hər hansı perspektivi görmürəm. Rusiya işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi bəyan edib. Onlar bundan necə geri çəkilə bilərlər? Ukrayna, o cümlədən bütün dünya həmin işğal olunmuş əraziləri Ukraynanın hissəsi hesab edir. Onda necə qurban verə bilər və deyə bilər ki, ərazilər Ukraynanın deyil? Əgər bu baş verərsə, onda belə çıxır ki, mən beynəlxalq siyasətdə nəyi isə başa düşmürəm. Əfsuslar olsun ki, müharibələr yekun kapitulyasiya aktı olanda bitir. Real dünyada müharibə bu cür bitir”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 May 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri