Putin hərbi müşavirə keçirdi: Qarşısını heç kim ala bilməz!
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Prezidenti Vladimir Putin ölkənin Müdafiə Nazirliyinin rəhbərliyi ilə müşavirə keçirib.
Bakıvaxtı.az xəbər verir ki, Kremldə keçirilən müşavirədə ötən gün Dneprə atılan "Oreşnik" raketi ilə bağlı müzakirələr aparılıb. Buraxılışın uğurlu alındığı və bundan sonra da hücumların davam etdiriləcəyi vurğulanıb.
Putin müşavirədə qeyd edib ki, Rusiyada “Oreşnik” kimi istifadəyə hazır sistemlər var, Rusiya təhlükəsizliyinə təhdidlərdən asılı olaraq, döyüş şəraiti də daxil olmaqla, ən son raketlərin sınaqlarını davam etdirəcək.
"Hazırda dünyada “Oreşnik”in qarşısını almaq üçün hər hansı sistem yoxdur. "Oreşnik” Rusiyanın ərazi bütövlüyünün daha bir etibarlı qarantıdır”, - Putin vurğulayıb.
O, həmçinin “Oreşnik” sisteminin seriyalı istehsalı ilə bağlı qərar qəbul edildiyini və praktiki olaraq təşkil olunduğunu vurğulayıb.
Qeyd edək ki, Rusiya ötən gün Dneprə “Oreşnik” ortamənzilli hipersəs ballistik raketi ilə zərbə endirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 22 Noyabr 2024 21:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















