Putin bu raketlərlə bağlı müşavirə keçirdi Dünyada onların qarşısını alacaq silah yoxdur
Icma.az, Publika.az portalına istinadən məlumat yayır.
Rusiya Prezidenti Vladimir Putin ölkənin Müdafiə Nazirliyinin rəhbərliyi ilə müşavirə keçirib.
Publika.az xəbər verir ki, Kremldə baş tutan iclasda hərbi-sənaye kompleksinin rəhbərliyi və raket istehsalçıları da iştirak ediblər.
Putin “Oreşnik” raket sisteminin seriyalı istehsalını elan edib. Ölkə başçısı orta mənzilli ballistik raketin sınaqlarının uğurla keçdiyini, sınaqları davam etdirəcəklərini söyləyib.
O qeyd edib ki, bu silahın xüsusi gücünü və qüdrətini nəzərə alaraq, sistem məhz Strateji Təyinatlı Raket Qoşunlarının silahlanmasına veriləcək.
Putin bir daha “Oreşnik” raketi ilə mübarizə aparacaq silahın olmadığını vurğulayıb:
"Hazırda dünyada “Oreşnik”in qarşısını almaq üçün hər hansı vasitə yoxdur. "Oreşnik” Rusiyanın ərazi bütövlüyünün daha bir etibarlı qarantıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 22 Noyabr 2024 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















