Icma.az
close
up
RU
PUTİN İMPERİYA AMBİSİYALARINDAN İMTİNA ETMƏYİB Hədəflərdən bir də Cənubi Qafqazdır

PUTİN İMPERİYA AMBİSİYALARINDAN İMTİNA ETMƏYİB Hədəflərdən bir də Cənubi Qafqazdır

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Hazırda Vladimir Putinin imperiya ambisiyalarını zəiflətməsinə dair heç bir əlamət yoxdur və buna görə də dayanıqlı sülhə yönəlmiş bütün cəhdlər bu ayıq reallıq üzərində qurulmalıdır.

“AzPolitika” bildirir ki, bu barədə “Atlantic Council” nəşri yazıb.

Nəşr qeyd edib ki, Rusiya imperiyasının ən qüdrətli dövrlərindəki sərhədlər əsas götürüldükdə, bugünkü Rusiya Federasiyasının potensial hədəfləri sırasında Finlandiya, Polşa, Estoniya, Latviya, Litva, Belarus, Moldova, Ermənistan, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya ölkələri ola bilər.

Bildirilir ki, bu siyahı tam deyil və XX əsrin ikinci yarısında Şərq blokuna daxil olmuş bir çox keçmiş sosialist respublikalar da bu çərçivəyə salına bilər.

Putin nə istəyir?

Nəşr yazıb ki, Rusiya diktatoru Vladimir Putin ekspansionist niyyətlərindən imtina etmədiyini bir daha açıq şəkildə nümayiş etdirib. Xüsusilə, 17 dekabr tarixində Müdafiə Nazirliyinə müraciətində Putin Ukraynaya qarşı işğalın maksimalist məqsədlərinin “şərtsiz” şəkildə yerinə yetiriləcəyini bəyan edib və müharibəni Rusiyanın postsovet məkanında geri çəkilməsinin qarşısını almaq üçün aparılan “xaç yürüşü” kimi təqdim edib.

“Atlantic Council” bildirir ki, bu açıqlamanın ən sadə izahı Putinin hazırda Ukraynanın nəzarətində qalan Donbasın bir hissəsini nəzərdə tutmasıdır. Qeyd olunur ki, bu ərazi kiçik olsa da, yaxşı möhkəmləndirilib, strateji əhəmiyyətə malikdir və hazırda danışıqların mərkəzində dayanır. Kreml həmin ərazini atəşkəsin “qiyməti” kimi təqdim edir.

Qərb ayılmağa başlayır

Nəşr vurğulayıb ki, Ukraynaya qarşı davam edən müharibə fonunda Qərbdə Putinin imperiya ambisiyalarına daha ciddi yanaşılmağa başlanılıb. ABŞ kəşfiyyatının qiymətləndirmələri də təsdiqləyir ki, Putin bütün Ukraynanı ələ keçirmək və vaxtilə SSRİ-yə məxsus olmuş Avropanın bəzi hissələrini geri qaytarmaq məqsədindən imtina etməyib.

Kəşfiyyat hesabatında deyilir ki, avropalılar, xüsusilə Polşa və Baltik ölkələri bu təhlükənin real olduğuna tam əmindirlər və özlərini növbəti hədəf hesab edirlər.

Bununla belə, skeptiklər Putinin Qərbə qarşı genişmiqyaslı müharibə aparmaq gücündə olmadığını iddia edir və Ukraynadakı hərbi uğursuzluqları buna sübut kimi göstərirlər. “Atlantic Council” isə bu yanaşmanı təhlükəli hesab edir.

Nəşr qeyd edir ki, Rusiyanın Ukraynada irəliləyə bilməməsi onun zəifliyinin deyil, Ukrayna xalqının misilsiz müqavimətinin və verdiyi böyük qurbanların göstəricisidir. Eyni zamanda vurğulanır ki, bu müqavimət sonsuz deyil və Ukraynanın süqutu Avropanı hazır olmadığı bir təhlükə ilə üz-üzə qoya bilər.

Putini hərəkətə nə sövq edə bilər?

“Atlantic Council” yazıb ki, mövcud geosiyasi mühit Putinə imperiya gündəliyini irəli aparmaq üçün unikal imkan yaradır. Donald Trampın Ağ Evə qayıdışı ABŞ-ın Ukrayna müharibəsi və Avropanın müdafiəsi ilə bağlı siyasətində ciddi dəyişikliklərə səbəb olub.

Nəşr sual edir: Rusiyanın Baltik ölkələrinə hücumu NATO-nun 5-ci maddəsi çərçivəsində ABŞ-ın cavab tədbirləri ilə nəticələnəcəkmi? Trampın NATO-ya münasibəti və administrasiyasının Avropaya qarşı ikili mövqeyi fonunda bunun artıq avtomatik hal kimi qəbul edilə bilməyəcəyi bildirilir.

Avropa Rusiyaya qarşı zəifdir

Məqalədə vurğulanır ki, Avropa təkbaşına Rusiyaya qarşı özünü müdafiə etmək gücündə deyil. Müdafiə sənayesinin onilliklər boyu zəifləməsi səbəbindən effektiv silahlanma illər tələb edir. Eyni zamanda Avropa liderləri Kremlin qarşısını almaq üçün lazım olan kollektiv siyasi iradəni nümayiş etdirə bilməyiblər.

Nəşr dondurulmuş Rusiya aktivlərinin Ukraynanın xeyrinə istifadəsi ilə bağlı razılaşmanın əldə olunmamasını Avropanın parçalanmış mövqeyinin və Rusiyadan qorxusunun növbəti sübutu kimi qiymətləndirib.

Bildirilir ki, Putinin müharibəni genişləndirməməsi üçün müəyyən səbəblər ola bilər, lakin Avropanın həlledici cavab verə biləcəyi qorxusu bu səbəblər sırasında deyil.

“Putin geri çəkilməyəcək”

“Atlantic Council” qeyd edib ki, Putin tarixdə Rusiyanın ən böyük liderlərindən biri kimi qalmaq istəyi ilə çoxdan geri dönüşü olmayan nöqtəni keçib. Buna görə də o, sanksiyaların yumşaldılması və ya kiçik ərazi güzəştləri naminə bu məqsəddən imtina etməyəcək.

Nəşr vurğulayıb ki, dayanıqlı sülh yalnız o halda mümkün ola bilər ki, Putinə təzyiq elə səviyyəyə çatdırılsın ki, o, Ukraynada məğlubiyyətdən və ölkə daxilində mümkün çökmədən qorxmağa başlasın.

Məlumata görə, Rusiya ilə Ukrayna arasında müharibənin başa çatdırılması ilə bağlı danışıqlar davam edir. Lakin əsas maneə Putinin Donbas üzərində tam nəzarət tələbindir.

Almaniyanın xarici işlər naziri İohann Vadeful bildirib ki, Ukrayna yalnız ABŞ tərəfindən etibarlı təhlükəsizlik zəmanətləri veriləcəyi halda, mümkün sülh razılaşması çərçivəsində müəyyən güzəştlərə razılaşa bilər.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Dekabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri