Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Dondurulmuş münaqişələr alovlanır: növbədə Cənubi Qafqazdır?

Dondurulmuş münaqişələr alovlanır: növbədə Cənubi Qafqazdır?

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səxavət Məmməd: “Dondurulmuş münaqişəni yenidən alovlandırmaq daha asandır, nəinki yeni münaqişə ocağı yaratmaq”

Dünyanın bütün münaqişə ocaqlarında alovlanma müşahidə edilir. Rusiyanın Ukraynaya qarşı müharibəsinin davam etdiyi dönəmdə Yaxın Şərqdə də silahlı toqquşmalar hökm sürməkdədir. İsrailin Fələstinin HƏMAS hərəkatına və Livandakı “Hizbullah” silahlı qruplaşmasına qarşı apardığı əməliyyatlara Suriyada silahlı müxaliflərin Bəşər Əsəd hökuməti ordusuna qarşı hücumları baş verdi. Əsəd rejimi devrilsə də, ölkədə silahlı qarşıdurma tam olaraq səngimiş sayılmaz.

Beynəlxalq siyasi strateqlər hesab edirlər ki, hərbi toqquşma riski bu bölgələrlə yanaşı, Koreya yarımadasında və Cənubi Qafqaz bölgəsində də artmaqdadır. Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmaması, eyni zamanda, Ermənistanın durmadan silahlanması, hərbi büdcə xərclərini artırması toqquşma ehtimalını artıran amil kimi qiymətləndirilməkdədir.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran hərbi jurnalist, “YouTube”də “Neytral zona” adlı verilişin aparıcısı Səxavət Məmməd deyib ki, dünyanın münaqişə ocaqlarının heç biri ilə bağlı sülh əldə edilməyib:

- Demək olar ki, ortada sülh müqaviləsi yoxdur. Bütün münaqişə ocaqları dondurulmuş vəziyyətdədir. Buraya Ermənistan-Azərbaycan münaqişəsi də daxildir. Məsələn, İkinci Qarabağ müharibəsinin 44 gündən sonra dayanması üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı 10 noyabr Üçtərəfli Birgə Bəyanat var. Bu bəyanat konkret məsələni əhatə edir: keçmiş Dağlıq Qarabağ və ətraf ərazilərin məsələsini və Ermənistan ərazisində kommunikasiya xətlərinin açılmasını. Bəyanatın 9 bəndinin 8-ini Azərbaycan tərəfi hərbi güc vasitəsilə həll etdi. İstər Laçın dəhlizi məsələsi olsun, istər Qarabağdakı separatçı silahlı terrorçuların çıxarılması olsun, hamısını AZərbaycan tərəfi təkbaşına, güc vasitəsilə həll etdi. İndi həmin sənədin icra olunmamış bir bəndi – 9-cu bəndi qalıb ki, onun icrasında Rusiya da maraqlıdır. Söhbət Zəngəzur dəhlizinin reallaşmasından gedir. Rusiya ona görə maraqlıdır ki, Bəyanatda dəhlizə nəzarətin Rusiya Sərhəd Qoşunlarının hərbçiləri tərəfindən həyata keçirilməsi göstərilir. Ermənistan isə buna razı deyil. Demək istədiyim odur ki, həmin bəndin icra olunması üçün də hansısa hərəkətlənmənin olacağı istisna deyil.

- Yəni ki, Zəngəzur dəhlizinin açılması üçün hərbi əməliyyatların keçiriləcəyini iddia edirsiniz?

- Yox, iddia etmirəm ki, sabah Zəngəzur dəhlizinə görə müharibə başlayacaq. Demək istədiyim odur ki, Üçtərəfli Birgə Bəyanatın bir bəndi icra olunmamış qalır və əvvəlki bəndlərin də demək olar hamısı hərbi vasitə ilə yerinə yetirilib. Üstəlik, bu gün Azərbaycanla Ermənistan arasında imzalanan sənəd yoxdur. Sülh sazişini bir tərəfə qoyaq, ümumiyyətlə, müharibənin dayanması, atəşkəslə bağlı iki ölkə arasında hansısa sənəd imzalanmayıb. Yeganə sənəd 44 günlük müharibəni dayandıran Üçtərəfli Birgə Bəyanatdır ki, orada da adından göründüyü kimi, üçüncü tərəf var. Rəsmi Bakı və İrəvan arasında imzalanan bir dənə də sənədin olmaması digər qüvvələrə, istər Rusiya olsun, istərsə də NATO olsun, istədikləri vaxt Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək, istədikləri vaxt sakitləşdirmək üçün şans verir.

Baxın, bu gün nəyin şahidi oluruq: Ermənistanda Avropa müşahidəçilərindən ibarət mülki missiya fəaliyyətdədir. Onlar Azərbaycanla şərti sərhəddə yerləşiblər. Həmin missiyanın onsuz da tərkibi tamamilə dəyişib və orada hərbi müşahidəçilər daha çoxdurlar. Eyni zamanda, Kanada müşahidəçilərinin missiyada olması, Polşa Prezidentinin gəlib Kərkidən Azərbaycan ərazilərinə binokulla baxması, daha sonra xarici ölkələrin Ermənistandakı səfirlərinin şərti sərhəddə müşahidələr aparması faktları var. Sual olunur: bu müşahidəçilər niyə Azərbaycanla şərti sərhəddə müşahidə aparmalıdırlar? Orada maraqlı, baxılası nə var? Demək ki, məqsəd başqadır. Onlar açıq şəkildə bu müşahidələri aparmaqla məqsədlərinin Azərbaycan sərhədləri və Azərbaycan olduğu mesajını verirlər. Mesaj da ondan ibarətdir ki, bölgədə münaqişə hər an alovlana bilər.

- Avropa Cənubi Qafqazda yeni müharibə istəyindədir?

- Kənar qüvvələr münaqişələrin sülhlə yekunlaşmasını indiki mərhələdə istəmirlər. Qıcıq yaradan addımlar da buna hesablanıb. Dondurulmuş vəziyyətdə olan münaqişələrin hər an alovlanmaq ehtimalı var. Dondurulmuş münaqişəni yenidən alovlandırmaq daha asandır, nəinki yeni münaqişə ocağı yaratmaq. Ona görə də, istənilən vaxt vəziyyəti gərginləşdirə bilirlər. Azərbaycan tərəfi dəfələrlə bəyan edəndə ki, Ermənistan silahlandırılır, bu silahlanmanın məqsədi Azərbaycandır, bəziləri bunu rişxəndlə qarşılayırlar. Bir çox hallarda deyilir ki, “Ermənistan müstəqil dövlətdir, silah alması normaldır”, “Ermənistanın gücü yoxdur ki, yenidən hücum etsin” və s. Amma bu məsələnin alt qatına baxmaq lazımdır. Ermənistan silah alacaq qədər müstəqildirmi? Mən şəxsən inanmıram. Onu silahlandıran qüvvələr bölgədə lazım gəldikdə donmuş münaqişəni alovlandırmaq üçün bu canfəşanlığı göstərirlər. Eyni zamanda, Ermənistan dövlət büdcəsində müdafiə sahəsinə ayrılan maliyyəni ötən illə müqayisədə 20 faiz artırıb. Sülh sazişinin imzalanmasında maraqlı olan dövlət büdcədə müdafiəyə vəsaiti bu qədər niyə artırır? Bunun arxasında nə dayanır? Bu suallara cavab tapmaq elə də çətin deyil. Ona görə də, bölgəmizdə hərbi toqquşma ehtimalı hər zaman mövcuddur.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://ayna.az
archiveBu xəbər 13 Dekabr 2024 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri