Icma.az
close
up
RU
Putin İsrail İran xətti: Moskvanın vasitəçilik oyunu və gizli geosiyasi hesablar

Putin İsrail İran xətti: Moskvanın vasitəçilik oyunu və gizli geosiyasi hesablar

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Yaxın Şərqdə gərginliyin artdığı bir mərhələdə Rusiya Prezidenti Vladimir Putinin İsrail və İran arasında vasitəçilik missiyasını üzərinə götürməsi təsadüfi deyil. Moskva artıq bu istiqamətdə ilkin və diqqətçəkən addımlar atıb. Putin əvvəlcə İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb, ardınca isə dərhal İran Prezidenti Məsud Pezeşkianla əlaqə saxlayıb. Bu ardıcıllıq Kremlin prosesdə fəal və koordinasiyalı rol oynamaq niyyətini açıq şəkildə ortaya qoyur.
Kremlin yaydığı rəsmi məlumata görə, Putin və Netanyahu telefon danışığında Yaxın Şərqdə və xüsusilə İran ətrafında yaranmış vəziyyəti müzakirə ediblər. Rusiya Prezidenti bölgədə sabitliyin təmin olunması üçün siyasi və diplomatik səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb və Moskvanın konstruktiv dialoq üçün vasitəçilik etməyə hazır olduğunu bir daha təsdiqləyib. Netanyahu ilə danışıqdan dərhal sonra Putinin İran Prezidenti Pezeşkianla əlaqə saxlaması isə Rusiyanın İsrailin mövqelərini Tehrana birbaşa çatdırmaq niyyətində olduğunu göstərir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamaları da bunu təsdiqləyir. Onun sözlərinə görə, Putin günün böyük hissəsini məhz İran ətrafındakı vəziyyətə həsr edib və Pezeşkianla telefon danışığının detalları yaxın vaxtlarda açıqlanacaq. Bu açıqlamalar Putinin faktiki olaraq İsrail–İran arasında “mesaj daşıyıcısı” rolunu üzərinə götürdüyünü deməyə əsas verir.

Putinin vasitəçilik təşəbbüsü ABŞ Prezidenti Donald Trampı da qane edən bir format kimi görünür. Trampın Putinə qarşı müsbət münasibəti və onunla qeyri-rəsmi anlaşma kanallarına üstünlük verməsi bu prosesi daha da real edir. Bu fonda İsrailin son günlərdə mövqeyində müşahidə olunan dəyişikliklər də diqqətdən kənarda qalmamalıdır. İranda iğtişaşların ilk günlərində Tel-Əviv Tehrana qarşı ən sərt tədbirlərin, hətta hərbi müdaxilənin tərəfdarı kimi çıxış etsə də, hazırda bu ritorika açıq şəkildə yumşalıb. Netanyahu hətta İsrail rəsmilərinə İranla bağlı sərt bəyanatlardan və hərbi müdaxilə çağırışlarından çəkinmələri barədə xəbərdarlıq edib.
Bu dəyişiklik onu deməyə əsas verir ki, ortada tamamilə fərqli və daha uzunmüddətli bir plan mövcuddur. Hazırkı mərhələdə İranda baş verənlər inqilabi dəyişiklik səviyyəsində deyil, daha çox iğtişaş, sosial və siyasi narazılıq mərhələsindədir. Hakimiyyət dəyişikliyi üçün ciddi, təşkilatlanmış siyasi güc görünmür. Belə bir şəraitdə hər hansı xarici hərbi müdaxilə əks effekt verə, İran cəmiyyətində ABŞ və İsrailə qarşı müqavimət  mövqeyini gücləndirə bilər. Necə ki,  biz bunu Rza Pəvləvi planının dövriyyəyə buraxılması məsələsində görürük. ABŞ və İsrail görürk ki, İranda Pəhləvi planı ən azı indiki mərhələdə qeyri-mümkündür.
Bu səbəbdən ABŞ və İsrailin hazırkı mərhələdə əsas strategiyası rejimi birbaşa devirmək deyil, rejim daxilində özlərinə uyğun və daha praqmatik qüvvələrin mövqeyini gücləndirməkdən ibarət ola bilər. Bu kontekstdə islahatçılar qanadının nümayəndəsi kimi tanınan Prezident Məsud Pezeşkian və ya ona yaxın siyasi fiqurlar əsas alternativlərdən biri kimi görünür. Məqsəd İranı nüvə proqramı və regional siyasət məsələlərində Qərbin şərtləri daxilində danışıqlar masasına qaytarmaqdır.

Məhz bu məqamda Putin faktorunun rolu ön plana çıxır. Moskva bu şərtləri Tehrana çatdırmaqla yanaşı, prosesi öz maraqları çərçivəsində yönləndirməyə çalışacaq. Putinin vasitəçilik missiyasının nə dərəcədə uğurlu olacağı bəlli deyil. Lakin bir məsələ aydındır: Rusiya İran məsələsindən maksimum siyasi dividendlər əldə etməyə çalışacaq.
İrandakı proseslər eyni zamanda Moskva üçün Ukrayna müharibəsini beynəlxalq gündəmin ikinci planına keçirmək baxımından da əlverişli fürsət yaradır. Qlobal diqqətin İrana yönəlməsi Rusiyaya müəyyən “nəfəslik” qazandırır. Kreml bu zaman kəsiyindən həm diplomatik manevr imkanlarını genişləndirmək, həm də özünü qlobal vasitəçi kimi təqdim etmək üçün istifadə etmək niyyətindədir.

Nəticə etibarilə, Putin–İsrail–İran  xəttində formalaşan bu yeni diplomatik dinamika təkcə Yaxın Şərqin deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminin gələcək konfiqurasiyasına təsir göstərə biləcək mürəkkəb geosiyasi oyunun tərkib hissəsidir. Bu oyunda Moskva nə sülhün yeganə təminatçısıdır, nə də neytral tərəf. Rusiya bu prosesdə ilk növbədə öz strateji maraqlarını təmin etməyə çalışır və məhz bu prizma ilə Putinin vasitəçilik təşəbbüsünə yanaşmaq lazımdır.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Yanvar 2026 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see251

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see207

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see200

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see191

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see152

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see149

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see144

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see138

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see137

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see134

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see132

26 yaşlı etirazçı edamdan son anda belə qurtuldu

15 Yanvar 2026 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri