İşə düzəltmə adı altında fırıldaq: Vətəndaş məhkəməyə müraciət edə bilər
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bu məsələ şirkətlə bağlanılan müqavilənin məzmunundan asılıdır. Əgər vətəndaş hansısa vasitəçi şirkətlə əməkdaşlıq edirsə və işə düzəltmə ilə bağlı müqavilə bağlanırsa, burada əsas məqam müqavilədə göstərilən öhdəliklərdir. Müqavilədə qeyd olunursa ki, şirkətin öhdəliyi yalnız sənədlərin hazırlanması və göndərilməsindən ibarətdir, bu halda işə qəbul olunmamağa görə şirkət məsuliyyət daşımır".
Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib.
"Yəni şirkət bildirir ki, sənə kömək etdim, sənə yol göstərdim, lakin nəticəyə zəmanət vermirəm. Bu, həkim və ya vəkil nümunəsinə bənzəyir. Heç bir həkim yüz faiz sağalma, heç bir vəkil də yüz faiz məhkəməni udma zəmanəti verə bilməz. Belə zəmanət verən şəxs artıq şübhə doğurur".
O bildirib ki, eyni qayda işə düzəltmə ilə məşğul olan şirkətlərə də aiddir:
"Əgər müqavilədə açıq şəkildə yüz faiz işə düzəltmə zəmanəti verilibsə və bu yerinə yetirilmirsə, vətəndaş həmin şirkəti məhkəməyə verə və ödədiyi vəsaiti geri tələb edə bilər.
Əgər tərəflər arasında yazılı müqavilə mövcuddursa, məsuliyyət də həmin sənədə əsasən müəyyən olunur. Yox əgər ümumiyyətlə müqavilə bağlanmayıbsa, bu halda hüquqi iddia imkanları xeyli məhdudlaşır".
Qeyd edək ki, sosial şəbəkələrdə işə düzəltmə şirkətləri ilə bağlı şikayətlər gündən-günə artır.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Dələduzlar tərəfindən 100 minlərlə vətəndaş aldadılıb: İşə düzəltmə agentlikləri ləğv olunmalıdır
08 Yanvar 2025 16:29
“TikTok”da işə düzəltmə adı altında 57 nəfərin pulu ələ keçirilib
21 Yanvar 2025 11:29
İşə düzəltmə adı altında 57 nəfəri aldadan şəxs polis tərəfindən saxlanılıb AZƏRTAC
21 Yanvar 2025 11:54
Gəncədə işə düzəltmə dələduzluğu
01 Mart 2025 16:15
PA ya işə düzəltmə adı 3000 manatlıq dələduzluq
14 İyul 2025 18:38
Baxış sayı:61
Bu xəbər 16 Yanvar 2026 21:47 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları