Putin keçmişi geri qaytarmağın xiffəti içində öləcək Politoloq
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
“Lavrov Alyaskaya üzərində “СССР” yazılmış köynəklə gedib. Sırf bu hərəkət Tramp-Putin görüşündə əsas müzakirə mövzusu olacaq Ukraynadakı müharibənin səbəblərini anlamaq üçün yetərlidir.”
Bakupost.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib. O, Alyaska görüşü fonunda Rusiyadakı vəziyyəti belə şərh edib:

“Rusiyada bərqərar olmuş rejimin mahiyyətinin və davranışlarının siyasi-politoloji təhlili çoxdan gərəksiz işə çevrilib. Bu problem psixopatologiyanın mövzusudur. Müasir Rusiya Putin başda olmaqla bir qrup psixopat tərəfindən idarə edilir. Onlar fantom ağrılardan əziyyət çəkir və itirilmiş hissələrin bərpa oluna biləcəyi xülyası ilə yaşayırlar.
Trampa bir siyasətçi kimi hər hansı simpatiyam olmasa da, onun ABŞ prezidenti olaraq bu gün qəbul edəcəyi mütəşəkkil cinayətkar dəstənin obsessiv istəklərini təmin etməyəcəyinə inanıram. Çünki bu, ən əvvəl ABŞ-nin öz maraqlarına zidd olar.
Rusiya Ukrayna ərazilərinin bir hissəsini müvəqqəti (bəlkə də daimi) qopara bilər, amma qarşısına qoyduğu siyasi məqsədlərə, Ukraynanı tabe etdirməyə nail ola bilməz. SSRİ dağıldı və bir daha mövcud olmayacaq. Putin keçmişi geri qaytarmağın xiffəti içində öləcək və o dünyaya gözüaçıq gedəcək. Çağdaş dünya ilə ayaqlaşmaq istəməyən bugünkü Rusiya isə ən yaxşı halda ya özünü islah edəcək, ya da əvvəl-axır SSRİ-nin aqibəti ilə üzləşməkdən qaça bilməyəcək.”
Aysel,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 15 Avqust 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















