Zelenskinin sözləri dünyanı silkələdi: “Putin tezliklə öləcək”
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Fransa prezidenti Emmanuel Makronla görüşündən sonra Parisdə jurnalistlərə müsahibə verib.
Zelenski öz müsahibəsində Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. 72 yaşlı Putinin uzun müddətdir sağlamlıq problemlərindən əziyyət çəkdiyinə diqqət çəkən Zelenski: "Putin tezliklə öləcək və bu, proses burada bitəcək", - deyib.
Putinin Rusiyada “öz cəmiyyətindən qorxduğunu” iddia edən Zelenski ABŞ-ı Putini “geosiyasi təcriddən” xilas etməməyə çağırıb. Zelenski ABŞ-ın Kremlin tələblərinə müqavimət göstərəcəyinə ümid etdiyini vurğulayıb.
Britaniyanın "MI6" kəşfiyyat agentliyinin keçmiş rəhbəri Richard Dearlove, Putinin "fundamental sağlamlıq problemi" olduğunu və "Parkinson xəstəliyi ola biləcəyini" iddia edib. Kreml Parkinson iddiasını təkzib edib və Putinin səhhətinin yaxşı olduğunu, “tamamilə normal” olduğunu barədə açıqlama verib.
Kremlə oxşar açıqlama verən ABŞ kəşfiyyat təşkilatı CIA, "Hazırda əldə edilən məlumatlara əsasən Putinin səhhətinin pis olduğuna dair heç bir dəlil yoxdur", - deyə qeyd edib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 27 Mart 2025 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















