Icma.az
close
up
RU
“Putin kilsəyə gedərək, Tramp üçün dua edib” Uitkoffdan Putinlə bağlı ilginc açıqlamalar

“Putin kilsəyə gedərək, Tramp üçün dua edib” Uitkoffdan Putinlə bağlı ilginc açıqlamalar

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya ilə danışıqlarda ABŞ Prezidentinin ən çox etibar etdiyi əsas təmsilçisidir. Uitkofun son açıqlamaları isə göstərir ki, o həm dostu Trampın, həm də Vladimir Putinin “böyük fanatı”dır…
 S.Uitkoff qalmaqallı və kremlpərəst Taker Karlsona yeni müsahibəsində Putinlə Tramp arasındakı münasibətlərə dair ilginc açıqlamalar verib. O, Vladimir Putinlə martın 13-də baş tutan görüşünün bəzi təfərrüatlarını Karlsona müsahibəsində bölüşüb.

Uitkofun sözlərinə görə, Putin onun vasitəsilə ABŞ Prezidentinə bir tanınmış rus rəssamının çəkdiyi Trampın portretini hədiyyə göndərib. Trampın elçisinin dediyinə görə, Putin həm də ona keçən il Trampa edilən sui-qəsddən sonra Trampın taleyinə görə necə narahat olduğu haqda hekayə danışıb: “Taker, o(Putin-red.) mənə bir əhvalat danışdı. O haqda ki, Prezident (Tramp) yaralananda o(Putin-red.) özünün yerli kilsəsinə gedib, keşişi ilə görüşüb və Prezident(Tramp-red.) üçün dua edib. Ona görə yox ki, (Tramp) ABŞ Prezidenti olacaq, ona görə ki, onların dostluq münasibəti var və o, öz dostu üçün dua edib”.

Qeyd edək ki, Tramp və ətrafı ilk dəfə deyil ki, Putinlə “qarşılıqlı sevgi” barədə bəlağətli açıqlamalar verirlər. Bundan öncə Tramp özü dəfələrlə Putinlə yaxşı münasibətdə olduğunu bildirib.

Xatırladaq ki, Trampa qarşı müəmmalı sui-qəsd cəhdi iyulun 13-də, o, Pensilvaniya ştatında seçki kampaniyası mitinqində çıxış edərkən baş verib. Onu 20 yaşlı Tomas Metyu Kruks vurmağa cəhd edib. Tramp qulağından yüngül yaralanıb, əvəzində mitinqdə iştirak edən bir tamaşaçı həlak olub, sui-qəsdçi isə yerindəcə məhv edilib…

Keçən ilin noyabrında Putin Trampın sui-qəsd zamanı özünü necə aparmasından, davranışından təsirləndiyini bildirmişdi. Onun sözlərinə görə, Amerika Prezidenti özünü “düzgün, cəsarətli” göstərib. Ancaq onu da xatırladaq ki, Yevgeni Priqojin qiyam qaldıran zaman onun dəstəsi hələ Moskvadan bir neçə yüz kilometr məsafədə olanda Putinin Moskvanı tərk etdiyi və Peterburqda gizləndiyi barədə məlumatlar yayılmışdı…

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Mart 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see197

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see171

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri