Icma.az
close
up
RU
Putin Moskvanın NATO ya hücum edəcəyinə dair narahatlıqları absurd adlandırıb

Putin Moskvanın NATO ya hücum edəcəyinə dair narahatlıqları absurd adlandırıb

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vladimir Putin, Avropanın "artan hərbiləşməsınə" qarşı sürətli cavab verəcəyini bildirərkən, Moskvanın NATO-ya hücum edəcəyinə dair qərb narahatlıqlarını "absurd" adlandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya prezidenti cümə axşamı Soçidə geniş çıxış edərkən bildirib.

"Avropadakı hərbiləşmənin artmasını yaxından izləyirik... Baş verənləri sadəcə nəzrdən kənar saxlaya bilmərik. Bu, öz təhlükəsizliyimiz baxımından bizə icazə verilən bir hüquqdur", - deyə o bildirib.

Valdai plenar sessiyasında, adətən qlobal məsələlərə dair fikirlərini açıqladığı bu tədbirdə, Putin: "Heç kəsin şübhəsi olmasın ki, Rusiya tərəfi tədbir görməyə başlayacaq", - deyə əlavə edib.

Putinin bu şərhləri, 45 Avropa liderinin Kiyev üçün dəstək artırmaq və Rusiyanın təcavüzünü dəf etmək məqsədilə, müdafiə layihələrini sürətləndirmək üçün Kopenhagendə toplandığı bir zamanda səslənib. Son dövrlərdə bir çox Avropa ölkəsi Rusiyanın pilotsuz təyyarələ hücumları barədə məlumat verib, bu da Kremlin NATO-nun iradəsini sınamağa çalışdığı barədə narahatlıqlara yol açıb.

Avropaya qarşı təhdidlər səsləndirən Putin, son zamanlar ona qarşı sərt fikirlərinə baxmayaraq, ABŞ prezidenti Donald Trampa qarşı yumuşaq bir tonla danışıb.

Putin, Trampı tərifləyərək "Tramp hakimiyyətində olsaydı, Ukrayna müharibəsi qarşısı alınabilərdi" dedi. Bu ifadə, ABŞ prezidentinin öz çıxışlarında tez-tez istifadə etdiyi fikir idi.

Moskva və Zelenski, müharibə mövzusunda Tramp ilə münasibətləri düzəltməyə çalışıblar, çünki ABŞ lideri tez-tez mövqeyini dəyişib. Son dövrlərdə, Kiyev üstünlük əldə edərkən, Tramp, Putini mübarizəni uzatdığı üçün tənqid edərək, Rusiyanın iqtisadiyyatı və ordusunu "kağız şir" adlandırmışdı.

"Wall Street Journal"ın məlumatına görə, Tramp son zamanlar ABŞ kəşfiyyat agentlikləri və Pentaqona Rusiyanın dərinliklərinə zərbələr endirməyə kömək etməyi tapşırıb – bu isə ABŞ-ın siyasətində mühüm bir dəyişikliyi göstərir.

Zelenski də ABŞ-dan uzun məsafəli "Tomahawk" raketləri və digər silahlar istəyib.

Putin, Trampın "kağız şir" ifadəsini ironiya kimi qiymətləndirərək: "Əgər biz NATO ilə müharibədə üstün mövqeydəyiksə, amma kağız şiriksə, onda NATO nədir?", - deyə cavab verib.

Putin daha sonra, Trampın Qəzza müharibəsini bitirmək planını tərifləyib və keçmiş Böyük Britaniya baş naziri Toni Blairin bu təşəbbüsə müsbət töhfə verə biləcəyini vurğulayıb.

Avropaya qarşı isə Putin daha sərt ifadələr işlədib, "Avropa elitalarını" Ukraynada sülhün qarşısını almaqda və regionda "isteriya yaratmaqda" günahlandırıb. "Rusiya NATO-ya hücum edəcək? Bu, mümkünsüz bir cümlədir. Ya olduqca bacarıqsızlar, ya da sadəcə yalan danışırlar", - Putin əlavə edib.

Putin, Fransanın Rusiyanın "kölgə donanması"na aid bir neft tankerinin ekipajını həbs etməsini "dəniz quldurluğu" adlandıraraq tənqid edib.

Ukraynadakı müharibəyə gəldikdə isə, Putin hələ də Kiyevin təslim olmasını tələb edir və Rusiya ordusunun bütün cəbhə boyunca "inamla irəlilədiyini" iddia edib. "Ukrayna itkilərini nəzərə alsa, Kiyev ciddi şəkildə danışıqlara başlamağı düşünməlidir", - deyə Putin qeyd edib.

Kopenhagendə Avropa liderləri ilə bir araya gələn Zelenski isə Rusiyanın "destruktiv fəaliyyətlərini artırdığını" qeyd edib və Avropadan "qəti qərarlar" tələb edib ki, Rusiyanı müharibəni dayandırmağa və siyasətini dəyişdirməyə məcbur etsin.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Oktyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri