Icma.az
close
up
RU
“Moskvanın NATO ilə müharibəyə imkanları yoxdur”

“Moskvanın NATO ilə müharibəyə imkanları yoxdur”

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Rusiya və Ukrayna müharibəsi başladığı ilk gündən bir çox siyasi dairələri, o cümlədən Avropa İttifaqının ölkələrini ən çox düşündürən məsələlərdən biri Ukraynaya edilən hücumun Şərqi Avropaya yayılması təhlükəsi olub. Çünki Rusiya sadəcə Ukraynanı deyil, əslində, bütün Şərqi Avropanı, yəni 1945-ci ildən 1991-ci ilə qədər Sovet İttifaqının nəzarəti altında olan torpaqları da özünün bufer zonası hesab edir. Onun üçün də əgər Rusiya Ukraynada müharibəni istədiyi şərtlərlə bitirərsə, Şərqi Avropa üzərində də yeni hegemoniya qurmaq addımları ata bilər. Polşaya edilən son dron hücumlarında da və ən azından rus dronlarının Polşa ərazisinə keçməsi də yenidən bu sualı ağıllara gətirdi”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Kazım Kazımov deyib.

Politoloq əlavə edib ki, öncə ona diqqət yetirək ki, bu, nə qədər təxribat ola bilər, nə qədər təsadüfi hadisə ola bilər: “Bu gün Rusiyanın Ukraynaya hücumu çox geniş areala yayılıb. Rusiya demək olar ki, hər gecə yüzlərlə dron, xüsusilə İran istehsalı olan “Şahed” dronları və ballistik raketlərdən istifadə edir. Belə olan təqdirdə müəyyən dronlar Polşa ərazisinə keçə bilər. Çünki “Şahed” dronları çox da yüksək texnologiyaya əsaslanan sistemlə hazırlanmayıb. Daha çox ucuz və bir az da kustar üsullarla hazırlanıb. Ancaq bu hadisə sadəcə texniki olaraq baş verib də deyə bilmərik. Çünki Brüssellə Vaşinqtonun Ukrayna məsələsində müəyyən fikir ayrılıqları var və Rusiya daha çox Vaşinqtonla dialoq halındadır”.

K.Kazımovun sözlərinə görə, Rusiya hesab edir ki, bu gün onun istədiyi şərtlərin bir çoxunun reallaşmasının qarşısını alan qüvvə Avropa İttifaqı ölkələridir və ya NATO-nun Avropadakı üzvləridir: “Onun üçün də Rusiya bu addımı Avropaya bir mesaj olaraq da atmış ola bilər. Lakin mən bu addımların daha geniş xarakter alacağını ən azından bu müddətdə gözləmirəm. Çünki bu gün Şərqi Avropa ölkələrinin çoxu NATO üzvüdür. Digər tərəfdən Rusiya bu gün Ukraynada çətin və bahalı bir müharibə aparır. Onun üçün də Moskvanın Şərqi Avropada yeni bahalı bir müharibəyə, həmçinin NATO ilə onu üz-üzə qoyacaq müharibəyə ən azından imkanları yoxdur”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Sentyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri