Putin Müctəba Xameneiyə təşəkkür etdi
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.
Modern.az bu barədə Rusiya mediasına istinadən xəbər verir ki, görüşdə Putinə İranın Ali Rəhbəri Müctəba Xameidən mesaj çatdırılıb.
Yeltsin adına Prezident Kitabxanasının Petrovski zalında keçirilən görüşdə Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, həmçinin Silahlı Qüvvələrin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov iştirak ediblər.
Görüşdə Putin bildirib ki, Moskva Tehranla strateji münasibətlərin inkişafını davam etdirmək niyyətindədir.
“Buna görə (İranın Ali Rəhbəri Müctəba Xamenei tərəfindən göndərilən mesaja görə) ən səmimi təşəkkürümü çatdırmağınızı xahiş edirəm və təsdiqləmək istəyirəm ki, Rusiya da İran kimi strateji münasibətlərimizi davam etdirmək niyyətindədir”, – deyə Rusiya lideri Abbas Əraqçi ilə görüşdə qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 27 Aprel 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















