Putin Müctəba Xameneiyə məktub göndərdi
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“İran ABŞ ilə istənilən danışıqlardan əvvəl Vaşinqtonun Tehranın irəli sürdüyü yeddi şərti qəbul etməsini tələb edir”.
Teleqraf xəbər verir ki, bunu İran “Bəsic” təşkilatının rəhbəri Hüseyn Taib deyib.
“Mövqeyimiz ondan ibarətdir ki, ilk növbədə İran İslam Respublikasının yeddi şərti yerinə yetirilməli və qarşı tərəf bu şərtləri qəbul etməlidir”, - o bildirib.
Taib əlavə edib ki, şərtlər yerinə yetirildikdən sonra İran danışıqların formatı və mövzuları barədə qərar verəcək.
“Bəsic” rəhbəri həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp sonda Amerika hərbi qüvvələrini regiondan çıxarmağa məcbur olacaq.
Hüseyn Taibin sözlərinə görə, Rusiya 40 günlük müharibə zamanı və ondan sonra İranla ABŞ arasında vasitəçilik etməyə çalışıb:
“ABŞ-da keçirilən aralıq seçkilərindən əvvəl Trampın nümayəndəsi Vladimir Putinlə görüşüb. Bundan sonra isə Rusiya nümayəndəsi İranın ali rəhbərinə (Müctəba Xamenei) ünvanlanmış yazılı mesajı Tehrana çatdırmaq üçün İrana səfər edib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 12 Noyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















