Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Putin niyə Şaraa ilə “yaşıl otaq”da görüşdü? Danışıqların qaranlıq üzü

Putin niyə Şaraa ilə “yaşıl otaq”da görüşdü? Danışıqların qaranlıq üzü

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Globalinfo.az türkiyəli jurnalist və Yaxın Şərq üzrə siyasi şərhçi Deniz Büstaninin yazısını təqdim edir:

Moskvada açıq və simvolik Suriya mesajları

8 dekabr 2024-cü ildə Rusiyanın dəstəklədiyi Suriyanın keçmiş prezidenti Bəşər Əsəd devrildi və onun yerinə İŞİD-in keçmiş lideri və beynəlxalq səviyyədə terrorçu kimi tanınan, kod adı Əbu Məhəmməd Əl Colani olan və Bəşər Əsəd dövründə xarici işlər naziri vəzifəsində çalışmış Faruk Əl Şaraanın qohumu Əhməd Əl Şaraa təyin edildi.

Bu dəyişiklik gözlənilməz olsa da, Suriyadan kənar beynəlxalq razılaşmanın və 14 illik vətəndaş müharibəsinin nəticəsi hesab olunur.

Bəşər Əsədin İran və Rusiya ilə münasibətlərini sərt şəkildə tənqid edən radikal müxalifətçi Əhməd Əl Şaraa ötən həftə Rusiyaya səfər edərək tərəfdarlarının tənqidinə tuş gəlib.

Buna cavab olaraq Şaraa “Bəşər Əsədin təhvil verilməsini təmin etmək üçün danışacağıq” deyərək tərəfdarlarını sakitləşdirməyə çalışıb.

Əsl həqiqət isə Moskva səfərinin təfərrüatları açıqlanandan sonra üzə çıxdı.

Şaraa hökuməti Əsədin dövründə Rusiya ilə bağlanmış müqavilələrin etibarlılığının qorunmasını Moskvadan xahiş etmək üçün getmişdi və bu məsələlər əsas müzakirə mövzusu oldu.

Üstəlik, rəsmi danışıqlarda Bəşər Əsədin ekstradisiyası məsələsi müzakirə olunmayıb.

Yeni Dəməşq administrasiyası Rusiya ilə keçmiş müdafiə sazişlərini davam etdirməklə yanaşı, yenilərini imzalamağı təklif edib.

Moskva isə bu istəklərə demək olar ki, müsbət cavab verdi.

Rusiya nümayəndə heyəti və Putin Suriyada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Suriya xalqının yanında olacaqlarını bildirsələr də, Rusiyanın Aralıq dənizi və Yaxın Şərqdəki varlığında Suriyadakı bazalarının mühüm rol oynadığı məlumdur.

Şaraanın kameralar önündə keçmişdən gələcəyə yönələn istəkləri və Rusiyanın bunlara müsbət cavab verməsi ilə yanaşı, görüş Rusiyanın simvolik mənfi mesajları ilə də yadda qalıb.

Deniz Büstani

Şaraanı Moskva hava limanında Moskva merinin müavini qarşılayıb. Misirin devrilmiş prezidenti Məhəmməd Mursi də buna bənzər şəkildə qarşılanmışdı.

Əhməd Şaraa görüşün keçiriləcəyi binada lift olmasına baxmayaraq, üçüncü mərtəbəyə pilləkənlərlə qalxmağa məcbur olub və kameralar önündə bundan şikayətlənib. Şaraa ilə görüş Kremldə “yaşıl otaq” olaraq tanınan zalda baş tutub və bu zal adətən ikinci dərəcəli diplomatik danışıqlar üçün istifadə edilir…

Suriyanın xarici işlər naziri Şeybani Rusiyanın bu cür mənfi münasibət bəsləməsinə baxmayaraq, “Rusiya ilə tarixi əlaqələrimiz var və bu bir həqiqətdir. Köhnə rejimin mövqeyi bu əlaqələri ictimaiyyətin gözündən salmışdır. Ancaq bu əlaqələr vacibdir” ifadəsi ilə Rusiya ilə yaxşı münasibətlər qurmaq əzmini nümayiş etdirdi. Bu qətiyyət ondan irəli gəlir ki, yeni Suriya administrasiyası Qərb, ABŞ və ərəb ölkələrindən müsbət cümlələr eşitsə də, Suriyaya fayda verəcək heç bir əməli addım atmayıblar.

Türkiyə yeni administrasiyanı dəstəkləsə də, Suriyaya qarşı sanksiyaların aradan qaldırılmadığı üçün bu dəstək mənasızlaşır. Yəni Suriyanın yeni administrasiyası məcburiyyətdən də olsa, Rusiya ilə yaxşı münasibətlər qurmağa ümid edir, lakin Rusiyanın mənfi münasibətini nəzərə alsaq, Rusiya-Suriya danışıqlarının Suriya nümayəndə heyəti üçün yaxşı keçmədiyini görürük.

Suriya nümayəndə heyəti, keçmişdə Moskva görüşlərindən qısa müddət sonra devrilən liderlər kimi qarşılandı.

Rusiyanın bu münasibətini nəzərə alsaq, son illər qonşu ölkələrdə baş verə biləcək çevriliş və ya çevriliş cəhdləri barədə hökumətləri məlumatlandıran Rusiya, hərbi bazasının olduğu Suriyada belə bir cəhd baş verərsə, mövcud administrasiyaya məlumat verəcəkmi?

Və yaxud Rusiyanın sadəlövh imic yaratmağa çalışsa da, illərdir hücumlar təşkil etdiyi və terrorçu olaraq tanıdığı şəxslərin Suriya hökumətində qalmasına imkan verəcəkmi?

Bu sualların cavabları hazırda məlum deyil, lakin hərəkət və davranışlarla bağlı hər kəsin öz cavabı olacaq. Təəssüf ki, Suriya sabitlikdən çox qeyri-sabitliyin davam etdiyi və bu qeyri-sabitliyin dərinləşə bildiyi bir region olaraq qalmağa davam edəcək…

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:265
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri