Icma.az
close
up
RU
Gerçəyin yaşıl üzü: adamlardan ağaclara qədər...

Gerçəyin yaşıl üzü: adamlardan ağaclara qədər...

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Əkdiyi ağac insanın özündən çox yaşayır. Ağac özündən az yaşayan insanı yaşatmaq üçün meyvə yetirir, kölgə salır, nəfəs verir. Amma... İnsan özündən çox yaşayan ağacı kəsir, soyur, doğrayır, yandırır...

Uzaqbaşı 100 il yaşayan insan 1000 il yaşayan şam ağacını kəsib, evində ayağının altına döşəyir. 500 il yaşayacaq qoz ağacından mebel düzəldib, üstündə oturur. Ya da oduncağını silah qundağına çevirib, o silahdan öz həmcinsinə atəş açır; onsuz da qısa olan başqa bir ömrü yarıda qırır.

Oduncağından silah qundağı düzəldilən qoz ağacı özünün beş əsrlik ömrü boyu, gör, nə qədər insanın ömrünə nöqtə qoyub.

Özümüz öz əlimizlə ağac əkirik, sonra da onu kəsib öz qatilimizə çeviririk. Bax, məzara da tabutda gedirik: taxta qutunun içində. Kəsdiyimiz ağaclar son mənzilə qədər bizi izləyir; ömrümüzün yarıda kəsildiyindən, ya da bitdiyindən əmin olmaq istəyir. Halbuki bir ağacı əkib-bitirənə qədər ömür bitir; insan var, öz bağının meyvəsini dadmağa ömrü çatmır.

Ağacları kəsib qapı-pəncərə, döşəmə-tavan düzəldirik. Ancaq xəbərimiz yoxdur ki, evimizdə elə ağac var, bizə nəfəs verir, elə ağac var, nəfəsimizi kəsir.

Deyirlər: "Hər kişi ev tikməli, ağac əkməli, oğul böyütməlidir". Deməli, dünyaya övlad gətirməzdən əvvəl ağac əkmək gərəkdir. Yoxsa xələfini kimin kölgəsinə etibar edə bilərsən?!

İnsan başqa insanın kölgəsinə sığınmağa haqlı olaraq ar edər, özünə aşağılıq sayar. Ancaq bir qayanın, bir ağacın, hətta bir kolun belə kölgəsində düşünmədən daldalanırsan.

Cəmiyyətdə səni kölgələyəcək olan hər kəsdən, hər şeydən qaçdığın halda, təbiətdə üzərinə düşən hər kölgədən həzz alırsan.

Sən öz həmcinsin olan insandan da, vəhşi heyvandan da qaçıb ağac daldasında, kol dibində, yaxud dağ mağarasında gizlənirsən. Sənin təhlükəsizliyini yeri gələndə təbiət daha çox qoruyur, nəinki cəmiyyət. "Zalım" səhranın florası və faunası "Məcnun"luğa qədər yüksəlmiş eşqi bədəvi zehniyyətdən daha yaxşı anlayırdı. Heyvanlar sevgiyə insanlardan daha çox inanıb sayğı göstərmişdi. Ona görə də "Məcnun"laşacaq dərəcədə sevgi dolu Qeysə qayğı göstərmişdilər. Eləcə də, bitkilər.

Təbiətə necə yanaşırsansa, elə də cavab alırsan: sevgiyə sevgi ilə, qəzəbə qəzəblə qarşılıq verir təbiət.

Bəli, cəmiyyətin sərt üzündən qaçan Məcnun sevgi ilə üz tutmuşdu səhraya. O "vəhşi" dediyimiz çöl bu sevgini insanlardan daha tez və daha dərindən anlamışdı.

"Məcnun"luğu da qoyaq bir tərəfə. Gündəlik ehtiyacların dəlisi olan indiki insana dönək.

Bax, gör, adamların getdikcə bir-birindən soyuduğu cəmiyyətdə təbiətin verdiyi təbii yanacaqla isinə bilirsən. Öz həmcinsinin iyindən belə rahatsız olan insan heyvan təzəyi ilə soba qalayıb, ocaq çatıb, qızınır, istisində özünə çay dəmləyir, yemək bişirir.

Özümüzü Allahın adından "Yer üzünün əşrəfi" adlandırmışıq. Deyirik: "Aliyik, güclüyük". Ancaq bir otun əlində əsir-yesir oluruq: məsələn, tütünün asılılığına düşür, bəzən ömür boyu qurtula bilmirik. Çəkdiyi siqaretin üstündəki qadağaya, ölüm riski xəbərdarlığına məhəl qoymur insan. Hələ başqa bitkiləri heç demirəm. Ya da yox, elə onları da deyirəm.

Biz elə bilirik, təbiətə qalib gələ bilərik, istədiyimiz qədər ağac kəsə, istədiyimiz qədər kol qıra bilərik. Ancaq əslində incitdiyimiz ağac bizi "kəsir", tapdadığımız kol-kos bizi getdikcə daha çox "qırır".

İnsanlıq hələ kimə və niyə borclu olduğunu anlamayıb. Təbiətin yaşıl lütfü sənin varlı-hallı, yaxud sayğın olmağınla deyil. Yeri-Göyü yaradanın özü belə bu yaşıllığı bərabər paylamayıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatına baxsaq, görərik ki, Surinamın ərazisinin 97 faizi meşələrlə örtülüdür, ancaq Misirdə heç meşə yoxdur. Dünyanın ən inkişaf etmiş ölkələrində meşə örtüyü heç ərazilərinin üçdə birinə çatmır. Azərbaycanda bu rəqəm 11 faiz, Səidiyy Ərəbistanı kimi varlı ölkədə 0,5 faizdir. Planetin cəmi 31,2 faizi meşə ilə örtülüb. Yəni heç üçdə biri deyil.

Yer kürəsinə yaşıl planet deyə bilmərik; çünki meşə azdır. Ancaq insan onsuz da az olan bu sərvəti də durmadan talan edir, zəhərləyir, axırına çıxır. Sonra da istiləşmədən, səhralaşmadan, aclıqdan, susuzluqdan gileylənir.

Günahı özü törətdiyi halda, günahkarı kənarda axtarır. Çünki insan bir gerçəyi fəlakətli dərəcədə dərin unudub: cəmiyyət gərək içində yaşadığı təbiətə layiq və sadiq olsun. Yoxsa nəticələri ağır olur. İndiki kimi...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Avqust 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see873

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see304

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see300

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see296

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see284

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see260

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see247

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see214

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see211

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see199

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see198

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see195

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see195

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see195

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see194

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see189

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see182

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see181

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see178

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri