Putin nüvə çamadanı”nı Çinə apardı VİDEO
Icma.az, Modern.az saytına istinadən bildirir.
Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri zamanı onu strateji nüvə qüvvələrinin idarə olunması üçün nəzərdə tutulan xüsusi çamadanla müşayiət ediblər.
Modern.az xəbər verir ki, prezidenti müşaiyət edən köməkçinin əlində daşıdığı çamadan jurnalistlərin diqqətini çəkib.
Belə ki, "Rossiya"nın jurnalisti Yevgeni Popov köməkçinin əlindəki “nüvə çamadanı”nı görüntüləyib. Adyutant jurnalistin sualına cavab olaraq bunun məhz həmin xüsusi çamadan olduğunu təsdiqləyib.
Qeyd edək ki, Rusiyada “Çeget” adlandırılan bu qurğu ölkənin strateji nüvə qüvvələrinin idarəetmə sisteminin tərkib hissəsidir. Sistem ali rəhbərliyin nüvə silahlarının tətbiqi ilə bağlı əmrləri müvafiq komandanlıq mərkəzlərinə ötürməsinə imkan verir.
Bildirilib ki, sözügedən çamadan Rusiya Prezidentini xarici səfərləri zamanı da müşayiət edir.
Baxış sayı:46
Bu xəbər 18 Noyabr 2026 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















