Icma.az
close
up
RU
Putin o iki nəfəri niyə özü ilə aparır? Rusiya üçün gizli xilas planı

Putin o iki nəfəri niyə özü ilə aparır? Rusiya üçün gizli xilas planı

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putinin ABŞ lideri Donald Trampla Alyaskada baş tutacaq görüşə aparacağı heyətin tərkibi bilinib. Onu səfər zamanı xarici işlər naziri Sergey Lavrov, prezidentin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev müşayiət edəcək.

Xüsusilə Siluanov və Dmitriyevin adlarının siyahıda olması diqqət çəkir.

Vaşinqtonla Moskva arasında hər hansı iqtisadi, ticarət sazişi imzalana bilərmi? Ümumiyyətlə, bu nümayəndə heyətinin tərkibi nədən xəbər verir?

Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, iki ölkə arasında iqtisadi və ticarət sazişinin imzalanması mümkündür:

“Putin açıqlayıb ki, Rusiya təbii sərvətlərini ABŞ ilə birgə istismar etməyə hazırdır. Hər iki ölkə yüksək keyfiyyətli qara torpaqlara malikdir və Rusiyanın belə əraziləri daha çoxdur. Bu sahələrdə minerallar, meşələr və digər təbii sərvətlər mövcuddur. Belə bir saziş ABŞ-ın da maraqlarına uyğundur, çünki iqtisadi gəlir əldə olunacaq. Tramp biznesmen olduğu üçün bu, həm ABŞ-Rusiya ticarət əlaqələrinin nümunəsi olacaq, həm də digər ölkələr üçün sanksiyalara məhəl qoymadan Rusiyaya ticarət əlaqələrinə başlamağa stimul yaradacaq. Bu da Moskvanın sanksiya mühasirəsindən çıxmasına kömək edə bilər. Lakin belə bir prosesin dərhal reallaşması gözlənilmir”.

Həmçinin oxuyun:

Azərbaycan ətrafında geopolitik oyunlar: Bakıda məxfi danışıqlar…


Əhəd Məmmədli

Politoloq qeyd edib ki, sazişin detalları Ukrayna cəbhəsindəki vəziyyətdən və ABŞ-ın maraqlarından asılı olacaq:

“Tramp üçün prioritet həm şəxsi qazancı, həm də Vaşinqtonun maraqlarıdır. Rusiya isə Ukrayna müharibəsində tam qələbəyə nail olmamağa çalışan ABŞ-ın maraqlarına zidd hərəkət etməməlidir.

Heyətin tərkibi göstərir ki, görüş yalnız siyasi-diplomatik deyil, həm də iqtisadi və ticarət məsələlərini əhatə edəcək. İlk görüşdə rəsmi razılaşmanın əldə olunmaması mümkündür, hətta çox güman ki, olmayacaq. Lakin bu, prosesin başlanğıcı kimi qiymətləndirilə bilər. Görüş Rusiya üçün sanksiya təzyiqinə qarşı müəyyən bir rahatlıq təmin edən və gələcəkdə Qərblə münasibətlərin yaxşılaşmasına yönələn ciddi addım kimi qiymətləndirilir”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Avqust 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri