Icma.az
close
up
RU
Putin riskli addımları ilə nə istəyir? Planı və özü üçün qorxulu ssenari

Putin riskli addımları ilə nə istəyir? Planı və özü üçün qorxulu ssenari

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Putinin İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarına aşağısəviyyəli nümayəndə heyəti göndərəndə bəlli idi ki, Kreml sülhdə deyil, müharibənin davam etməsində maraqlıdır.

Putin və Kreml də yaxşı anlayır ki, öz irəli sürdüyü təklifə belə biganə yanaşması çox riskli və təhlükəlidir. Kremlin müharibəni seçməsi, uzaq perspektivdə Rusiya üçün heç də yaxşı perspektiv vəd etmir. Müharibənin davam etməsi, Rusiyada hərtərəfli böhranı dərinləşdirməyə xidmət edir. 

Qərb hazırkı şəraitdə Kremlin Ukraynadakı müharibənin bitməsi ilə bağlı irəli sürdüyü şərtləri qəbul etdiyi bir zamanda Putinin sülhdən yayınmasının səbəbi nədir? 

1. Ukraynanın Rusiya ilə müharibəni davam etdirmək üçün resurslarının tükənməkdə olduğunu və Qərbin də Rusiya ilə açıq hərbi qarşıdurmadan çəkindiyini görən Kreml bu imkandan daha çox əldə etmək istəyir. Baxmayaraq ki, Qərb Rusiya ilə açıq hərbi qarşıdrumadan çəkinsə də, Ukraynaya birbaşa hərbi və maliyyə cəhətdən dəstək versə də, Rusiya üzərində qələbəni təmin etmək mümkün olmayıb.  Qərbin Rusiyanın hərbi, iqtisadi, maliyyə cəhətdən qısa zaman ərzində çökmə gözləntisi olsa da, proseslər əksinə baş verdi. Qərb, xüsusən də Avropa hərbi və hərbi texnika, silah-sursat baxımdan tükənməkdədir. Bu səbəbdən də Ukraynaya daha ciddi şəkildə dəstək vermək gücündə deyil. Ukraynanın müharibədə dönüş etməsi üçün lazım olan ən müasir hava hücumundan müdafiə silahları, uzaqvuran raketlərlə, qırıcı təyyarələrlə və digər silahalarla təmin etməkdən isə çəkinir. Kreml bunu yaxşı görür və ona görə də müharibənin davam etməsində maraqlıdır.

2. Tramp hakimiyyətə gəldikdən sonra Qərbdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı aralarında ciddi fikir ayrılığı yaranıb. Kreml bu fikir ayrılığını dərinləşdirməklə danışıqlarda mövqelərini daha da möhkəmləndirməyə çalışır.

3. Regional və qlobal müstəvidə geosiyasi möqeyini möhkəmləndirməklə, MDB və Avropada təsir imkanlarını və nəzarətini qoruyub saxlamaq niyyətini güdür.

4. Qərbin Moskvaya qarşı sanksiyalarının maksimum aradan qalxmasına nail olmaq istəyir.

5. Çoxqütblü dünyanın formalaşmasında və dünyanın yenidən bölünməsində əsas aktor rolunu qoruyub saxlamaq planını həyata keçirmək istəyir.

6. Kiyevi və Brüsseli sülh danışıqları prosesindən kənarda saxlamaqla Ukraynada daha əlverişli şərtlərlə bazarlığa nail olmaqdır. Putinin Trampla görüşə cəhd etməsinin də məqsədi budur. Sadəcə Putin vaxt uzatmaqla daha əlverişli şərtlərin qəbul olunmasına çalışır. Amma bu nə qədər effektiv olacaq indidən demək çətindir.

7. NATO daxilindəki böhranı daha da dərinləşdirib zəiflətməklə, onun təsir imkanlarını minumuma endirməkdir.

8. Kreml müharibəni uzatmaqla Qərbə qarşı olan güclərin, xüsusən də Çin, İran, Şimali Koreya və digər ölkələrin maraqlarını təmin etməklə öz niyyətlərini həyata keçirməyi düşünür. Həm həmin ölkələrdən hərbi və iqtisadi cəhətdən dəstək almaqla yanaşı, geosiyasi maraqlarını təmin edib qlobal aktor rolunda çıxış planlarını həyata keçirməyə çalışır.

9. Putin Trampdan Kremlin Çinə, İrana və digər güclərə qarşı onunla eyni cəbhədə rol alması üçün daha etibarlı dəstək istəyir.

10. Brüsseli gizli sövdələşlərə cəlb etməkdir. 

Müharibənin uzanmasının riskləri və təhlükələri də qaçılmazdır:

1. Kremlin uzunmüddətli müharibəni davam etdirməsi, Rusiyanın iqtisadi çöküşü ilə nəticələnə bilər. Trampın Yaxın Şərqə səfərinin hədəflərinin biri də bu idi. Tramp dünyanın əsas neft ixracatçısı olan ərəb ölkələri ilə neftin qiymətinin dünya bazarında aşağı salınması, Rusiya iqtisadiyyatına problemlər yarada bilər.

2. Trampın Putinə olan inamının itməsi. Artıq Tramp və onun komandasının Putinə olan inamları tükənməkdədir. Sadəcə Ağ Ev bir müddət səbir nümayiş etdirməklə Putini əlində olan bütün kartlardan məhrum etmək istəyir. Trampın Putinlə görüşmək istəyi barədə mesajı, həm də “Ağ Evin səbri sonsuz deyil” kimi oxunmalıdır. Trampın Putinlə görüşü, Kreml üçün  həm müsbət, həm də mənfi cəhətdən dönüş nöqtəsi ola bilər.

3. Kreml heç də Ukrayna müharibəsində ona dəstək verən Pekin və Tehrana sonadək arxalana bilməz. Çünki həmin ölkələrin özləri heç də yaxşı vəziyyətdə deyil, Ağ Evin hədəfindədir. 

4. Kremlin ABŞ-la Avropa arasındakı yaratmaq istədiyi plan əks effekt verməkdədir. Artıq Kremlin Ukraynaya qarşı mövqeyində dəyişiklik etməməsi və bu istiqamətdə addımlar atmaması, son vaxtlarda ABŞ-la Avropanın baxışlarında ciddi uzlaşma formalaşdırmaqdadır. Bu da Qərbin yenidən daha sərt formada Moskvaya qarşı vahid mövqedən çıxışı ilə nəticələnər və Rusiya üçün arzuolunmaz vəziyyət yaradar.

Onu da unutmayaq ki, tarixdə münaqişələr və müharibələr sonda proqnozlardırıldığı kimi deyil, sürpriz nəticələrlə bitib. 

Mürtəza
Ölkə.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 May 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri