Putin Oreşnikin iki əsas fərqini açıqladı
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Rusiya prezidenti Vladimir Putin ən yeni “Oreşnik” raket sistemini nüvə silahı ilə müqayisə edib/
Globalinfo.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Putin bildirib ki, “Oreşnik”in nüvə silahı ilə oxşar cəhətləri mövcuddur. Amma bu raketin radiasiya nəticələri yoxdur.
“Əlbəttə ki, “Oreşnik” kimi yeni sistemlərin dünyada analoqu yoxdur. Onlar nüvə silahı ilə müqayisə oluna bilər. Lakin “Oreşnik” kütləvi qırğın silahı deyil. Birincisi, bu, kütləvi qırğın silahlarından fərqli olaraq yüksək dəqiqliyə malikdir. Gücünə görə yox, dəqiqliyinə görə seçilir. İkincisi, zərbə qüvvəsi nüvə silahı ilə eynidir. Lakin ərazini çirkləndirmir və heç bir radiasiya buraxmır. Çünki bu raketlərin döyüş başlığında nüvə komponentləri yoxdur”, – deyə Putin vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 06 Dekabr 2024 20:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















