Icma.az
close
up
RU
Rusiya Oreşnikin kütləvi istehsalına başlayıb

Rusiya Oreşnikin kütləvi istehsalına başlayıb

Rusiya Federasiyası "Oreşnik"in seriya istehsalına başlayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası düşmənin hərəkətlərinə cavab olaraq “Oreşnik”in döyüş sınaqlarını davam etdirəcək.

Putin xatırladıb ki, Rusiya Federasiyası NATO-ya uzaqmənzilli raketlərdən istifadə ilə bağlı xəbərdarlıq edib.

Rusiya prezidenti qeyd edib ki, Baş Qərargah və Müdafiə Nazirliyi hazırda Ukrayna ərazisində "Oreşnik" tərəfindən məhv edilmək üçün hədəflər seçir:

"Kiyevdəki qərar qəbuletmə mərkəzləri" Oreşnik" hədəfinə çevrilə bilər".

Putin onu da bildirib ki, "Oreşnik"dən kütləvi şəkildə istifadə olunarsa, zərbənin gücü nüvə silahına bərabər ola bilər.

seeBaxış sayı:17
embedMənbə:https://apa.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri