Icma.az
close
up
RU
Putin Paşinyana ermənilərlə bağlı nə deyib? KONKRET

Putin Paşinyana ermənilərlə bağlı nə deyib? KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin mayın 29-da Avrasiya İqtisadi Forumunun yekunlarından sonra keçirilən mətbuat konfransında Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünün müzakirəsi ilə bağlı sualı cavablandırıb. Putin bildirib ki, Rusiya və Ermənistan xalqları arasında xüsusi münasibətlər var.

Rusiya prezidenti Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə də bu məsələyə diqqət çəkdiyi söyləyib. Putin Paşinyana Ermənistan üçün yaxşı olan hər şeyin Rusiya üçün də məqbul olduğunu dediyini vurğulayıb.

Analitiklər isə Ermənistanın seçkilərdən sonra Aİİ və KTMT-dən rəsmən çıxacağını iddia edir.

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Vladimir Putinin Avrasiya İqtisadi Forumunun yekunlarına dair mətbuat konfransında Ermənistanla bağlı səsləndirdiyi fikirlər ilk baxışdan iqtisadi inteqrasiya məsələlərinə aid görünsə də, əslində daha geniş geosiyasi məna daşıyır:

“Belə ki, Putin açıq şəkildə Ermənistanın Avropa İttifaqına inteqrasiya cəhdləri ilə Avrasiya İqtisadi İttifaqında tamhüquqlu iştirakının uzunmüddətli perspektivdə uzlaşmasının mümkün olmadığını bəyan etdi. Bu açıqlama Rusiyanın İrəvana ünvanladığı ən açıq siyasi xəbərdarlıqlardan biri kimi qiymətləndirilə bilər.

Təbii ki, son illərdə Ermənistanın xarici siyasətində müşahidə olunan dəyişikliklər rəsmi Kreml tərəfindən diqqətlə izlənilir. Xüsusilə 2020-ci ildən sonra regionda formalaşan yeni geosiyasi reallıqlar, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi və münaqişənin bitməsi Ermənistanın xarici siyasət prioritetlərinin yenidən müəyyənləşdirilməsinə səbəb olub. Baş nazir Nikol Paşinyan hakimiyyəti əvvəlki illərdən fərqli olaraq təhlükəsizlik və inkişaf məsələlərində alternativ tərəfdaşlar axtarmağa başlayıb və bu istiqamətdə Avropa İttifaqı, ABŞ və Fransa ilə əlaqələri əhəmiyyətli dərəcədə genişləndirib.

Əslində, Ermənistanın Qərbə yaxınlaşması yeni proses deyil. Lakin son üç ildə bu siyasət daha sistemli xarakter almağa başlayıb. İlk növbədə Ermənistan Avropa İttifaqının müşahidə missiyasını öz ərazisində yerləşdirdi, ABŞ ilə strateji dialoqu genişləndirdi, Fransa ilə hərbi-texniki əməkdaşlığı dərinləşdirdi və Avropa institutları ilə inteqrasiyanı prioritet istiqamətlərdən biri elan etdi. Bütün bunlar Kremlin ənənəvi təsir zonasında yerləşən ölkənin tədricən fərqli geosiyasi kurs formalaşdırmaq niyyətini nümayiş etdirir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Putinin çıxışında diqqət çəkən əsas məqam siyasi deyil, iqtisadi arqumentlərin ön plana çəkilməsi oldu. Rusiya rəhbərliyi anlayır ki, Ermənistanın Qərblə yaxınlaşmasının qarşısını siyasi bəyanatlarla almaq artıq əvvəlki qədər asan deyil. Bu səbəbdən Moskva iqtisadi reallıqları gündəmə gətirir. Avrasiya İqtisadi İttifaqının vahid gömrük məkanı, texniki tənzimləmə sistemi və ticarət qaydaları Avropa İttifaqının normaları ilə uyğun gəlmir. Ermənistan Avropa bazarına inteqrasiya etdikcə bu ziddiyyətlər daha da dərinləşəcək.

Burada diqqət çəkən əsas məqam isə Putinin Ukrayna nümunəsini xatırlatmasıdır. Kreml uzun illərdir Ukrayna böhranının əsas səbəblərindən biri kimi Kiyevin Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaq cəhdlərini göstərir. Putinin bu məsələyə yenidən toxunması təsadüfi deyil. Bu, əslində Ermənistan rəhbərliyinə ünvanlanan mesajdır ki, iqtisadi seçimlər zamanla siyasi və təhlükəsizlik xarakterli nəticələr də yarada bilər”.

Politoloq bildirib ki, Ermənistanın Rusiyadan tam uzaqlaşması barədə danışmaq hələ tezdir:

“Bunun bir neçə fundamental səbəbi var. İlk növbədə Ermənistan iqtisadiyyatı hələ də Rusiya bazarından ciddi şəkildə asılıdır. Ermənistanın ixracında Rusiyanın payı yüksək olaraq qalır. Ölkəyə daxil olan pul köçürmələrinin əhəmiyyətli hissəsi Rusiyada çalışan erməni vətəndaşlarından gəlir. Həmçinin enerji sektorunda Rusiyanın mövqeləri güclü olaraq qalır. Eləcə də, Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyü son illərdə ölkə iqtisadiyyatına müəyyən üstünlüklər qazandırıb. Belə ki, Rusiyaya tətbiq olunan sanksiyalardan sonra Ermənistan bir sıra məhsulların tranzit və təkrar ixrac mərkəzlərindən birinə çevrildi. Nəticədə son illərdə Ermənistan iqtisadiyyatında qeydə alınan yüksək artım göstəricilərinin mühüm hissəsi məhz bu amillə əlaqələndirilir. Bu səbəbdən rəsmi İrəvan üçün Rusiya ilə iqtisadi əlaqələrin kəskin şəkildə zəiflədilməsi ciddi risklər yarada bilər.

Digər tərəfdən isə Paşinyanın Avropa siyasətinin də öz məhdudiyyətləri var. Avropa İttifaqı Ermənistanı siyasi baxımdan dəstəkləsə də, yaxın perspektivdə bu ölkənin tamhüquqlu üzvlüyü və ya geniş maliyyə paketləri ilə təmin olunması real görünmür. Ermənistanın coğrafi mövqeyi, iqtisadi imkanları və regionun mürəkkəb geosiyasi mənzərəsi Avropa inteqrasiyasını uzunmüddətli prosesə çevirir. Ona görə də, İrəvanın qarşısında dayanan əsas vəzifə Rusiya ilə münasibətləri tam pozmadan Qərblə əlaqələri genişləndirməkdir”.

Politoloqun sözlərinə görə, seçkilərdən sonrakı dövrdə Paşinyanın hakimiyyətdə qalacağı təqdirdə onun Avropa yönümlü siyasəti böyük ehtimalla davam edəcək:

“Lakin bu siyasətin əsas məqsədi Ermənistanın dərhal geosiyasi blok dəyişməsi deyil, daha çox xarici siyasətdə manevr imkanlarının artırılması olacaq. Paşinyan çalışacaq ki, Avropa ilə siyasi və iqtisadi əlaqələri genişləndirməklə Rusiyadan asılılığı tədricən azaltsın. Bununla yanaşı, Moskva ilə münasibətlərin tam qırılmasının Ermənistan üçün ağır nəticələr yarada biləcəyini də nəzərə almağa məcburdur.

Nəticə etibarilə, Putinin son bəyanatı göstərir ki, Ermənistan qarşıdakı bir neçə il ərzində daha mürəkkəb seçimlərlə üzləşəcək. Çünki rəsmi İrəvan həm Rusiya ilə strateji əlaqələri qorumaq, həm də Avropa ilə inteqrasiyanı dərinləşdirmək istəyir. Lakin beynəlxalq münasibətlər təcrübəsi göstərir ki, geosiyasi ziddiyyətlərin kəskinləşdiyi dövrlərdə balanslı siyasəti yürütmək əvvəlkindən daha çətin olur. Ona görə də, Ermənistanın yaxın perspektivdə əsas problemi Qərbə yaxınlaşmaq deyil, bu yaxınlaşmanın Moskva ilə münasibətlərdə yaratdığı riskləri necə idarə etmək olacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://konkret.az
archiveBu xəbər 31 May 2026 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri