Icma.az
close
up
RU
Putin Paşinyanı devirəcək Yaxın zamanda...

Putin Paşinyanı devirəcək Yaxın zamanda...

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

"Ermənistan Rusiyadan üz çevirərək birmənalı şəkildə Qərbə doğru istiqamət götürüb". 

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı "Cebheinfo.az"-a açıqlamasında deyib. O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan əsasən də ABŞ-nin dəstəyini qazanmağa çalışır: 

"Çünki Avropanın dəstəyinin o qədər də əhəmiyyətli olmayacağını bilir. Düzdür, Fransa Prezidenti Emmanuel Makronun vasitəsilə Avropa ilə də münasibətləri saxlayırdı. Lakin son hadisələr göstərdi ki, Avropa güc mərkəzinə çevrilə bilmədi. Belə vəziyyətdə rəsmi İrəvan da Avropa ölkələrindən onlara hansısa kömək olmayacağını görür. 

Onların əsas ümidi Co Baydenin prezidentliyi dövründə ABŞ-yə idi. Hətta Vaşinqton İrəvana ciddi dəstək də verirdi. Buna baxmayaraq, Donald Tramp iqtidara gəldikdən sonra Ermənistana ciddi dəstək vermədi". Partiyan sədri qeyd edib ki, son zamanlar ABŞ və Rusiya liderləri arasında müəyyən razılaşmaların əldə olunduğu özünü biruzə verir: 

"Tərəflər arasında əsasən Ukrayna ilə bağlı razılaşma var. Həmçinin, Moskva ilə Vaşinqton arasında Suriya və digər məsələlərlə bağlı da razılaşmanın olduğu hiss edilir. Hesab edirəm ki, belə razılaşma mühitində Donald Tramp Rusiyanın Ermənistandakı hansısa hərəkətlərinə göz yuma bilər. Yəni Ağ Evin Rusiyaya Ermənistanda bir qədər hərəkət sərbəstliyi verməsi mümkündür. Böyük ehtimalla, Kreml Suriyada və digər ərazilərdə itirdiyi təsir dairəsinin kompensasiyasını Cənubi Qafqazda istəyə bilər. ABŞ-nin də müəyyən çərçivələr daxilində bu imkanı onlara vermə ehtimalı var".

Həmsöhbətimiz vurğulayıb ki, Kreml üçün Cənubi Qafqazdakı yeganə hədəf Ermənistandır: 

"Rusiya Gürcüstanda mövqeyini gücləndirməyə çalışır, amma orada həddindən artıq güclü müqavimətlə qarşılaşır. Azərbaycan isə çox güclüdür və Rusiyaya qarşı tam bərabər şəkildə dayanır. Ona görə də geriyə sadəcə Ermənistan qalır. Rusiya regionda təsir imkanlarını saxlamaq üçün əsas ərazi kimi Ermənistanı nəzərdə tutur". 

Akif Nağı hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanda Nikol Paşinyanın devrilməsi üçün həmlə edə bilər:

"Məncə, Rusiya öz maraqlarına uyğun olaraq Ermənistanda Nikol Paşinyanı hakimiyyətdən devirə bilər. Ondan sonra Moskvanın sifarişlərini yerinə yetirən bir qüvvəni hakimiyyətə gətirmə ehtimalları da var. 

Bunun baş vermə ehtimalı isə olduqca realdır. Ümumiyyətlə, Vladimir Putin anti-Rusiya siyasətinə görə Paşinyan və onun komandasını cəzalandırmaq istəyir. Yəni Kremlin həm Ermənistandakı təsir imkanlarını bərpa etmək, həm də Paşinyanı cəzalandırmaq hədəfi var. Üstəlik, Rusiya hansısa formada Ermənistandakı adamlarını da hakimiyyətə gətirməyə çalışır. Bütün bunların fonunda Rusiya yaxın perspektivdə Paşinyanı devirə bilər". 

Elmir Mustafa 
"Cebheinfo.az"

Açar sözlər: Rusiya Ermənistan Putin Paşinyan Akif Nağı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Mart 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri