Icma.az
close
up
RU
Putin Paşinyanı nələrlə şantaj edir?

Putin Paşinyanı nələrlə şantaj edir?

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Moskvada keçirilən Putin-Paşinyan görüşü ətrafında müzakirələr davam edir.

Gununsesi.info-nun məlumatına görə, Ermənistan mətbuatında çıxış edən analitiklər diplomatik formulların kənara qoyulması və açıq şəkildə qarşılıqlı ittihamlar və şantaj dilinə keçməsi ilə müşayiət olunmuş görüşü misli görünməmiş, hətta sensasiyalı kimi qiymətləndirirlər.

Bildirilir ki, 2021-ci il seçkilərindən əvvəl Paşinyanın Cənubi Qafqazda gözlənilən tərəfdaş olacağına ümid edən Putin böyük səhv etdiyini artıq yəqinləşdirib və ona etibar etmədiyini Moskvada açıq şəkildə göstərib.

Erməni ekspertlər deyirlər ki, Putin açıq dialoqda Paşinyana Avrasiya İqtisadi Birliyi (AİB) ilə Avropa İttifaqı (Aİ) arasında seçim təklifi edib: Putin Paşinyana birbaşa xəbərdarlıq edib ki, ikisindən birini seçməlidir, əks halda vəziyyət başqa cür olacaq.

“Ermənistanın Avropa İttifaqı ilə münasibətlərin inkişafını müzakirə etdiyini görürük. Biz bu məsələdə çox sakitik. Başa düşürük ki, istənilən ölkə üçüncü ölkələrlə maksimum əməkdaşlıq etməyə çalışır. Amma bu, lap əvvəldən açıq və dürüst olmalıdır. Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi ilə birlikdə olmaq mümkün deyil”, – deyə Putin bildirib və sonra Avropa üçün olduğu kimi, Ermənistan üçün də qazın qiymətini qaldıra biləcəklərinə işarə edib.

“Enerji daşıyıcılarının qiymətinə gəldikdə isə, Avropada qaz kəskin şəkildə artıb – min kubmetr üçün 600 dollar, Rusiya isə onu Ermənistana 177,5 dollara satır. Fərq çox böyükdür, əhəmiyyətlidir. Biz burada sizinlə tez-tez mübahisə edirik, bilirəm ki, enerji daşıyıcılarının qiymətlərinin bir az fərqli şəkildə müəyyən edilməsində israr edirsiniz, amma baxın: 600 dollar və 177,5 dollar”, – Rusiya lideri vurğulayıb.

Paşinyan cavab olaraq bildirib ki, hər iki ittifaqa eyni vaxtda qoşulmağın mümkün olmadığını bilir.
“Bu mümkün olmadıqda və qərar qəbul edilməli olduqda, əminəm ki, Ermənistan vətəndaşları qərar verəcəklər”.
Yeni nüvə elektrik stansiyasının tikintisinə gəldikdə isə Paşinyan bildirib ki, bu, Rusiya tərəfdaşları ilə yanaşı, digər ölkələrlə də müzakirə olunur, “biz Ermənistan Respublikası üçün ən sərfəli təklifi axtarırıq”.

2022-ci ildən bəri Ermənistan-Rusiya münasibətlərində gərginliyə səbəb olan növbəti məsələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlıdır. Putin bildirib ki, Ermənistan tərəfinin KTMT ilə bağlı şikayətləri olduğunu bilir.

“Amma düşünürəm ki, 2022-ci ildə Praqada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığınız zaman KTMT-nin artıq Azərbaycanın daxili məsələsinə çevrilmiş bu məsələyə müdaxiləsi heç də düzgün olmazdı”.

Paşinyan isə “Mən artıq Ermənistanda açıq şəkildə bəyan etmişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsinə əsasən bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar”, – deməklə Putinin şantajına cavab verib.

Putin Paşinyanı Rusiya pasportu olan bir şəxsin (iş adamı Samvel Karapetyan) siyasətlə məşğul olmağa cəhd etdiyinə görə Ermənistanda həbsxanaya salındığı üçün qınayıb.
“Bu sizin qərarınızdır, biz müdaxilə etmirik. Amma biz onların bu daxili siyasi işlərdə iştirak edə bilməsini istərdik”, – deyə bildirib və əlavə edib ki, Moskva həmişə erməni xalqının maraqlarını rəhbər tutur.

“Rusiyada çoxlu sayda erməni yaşayır. 2 milyondan çox. Ermənistanda Rusiyapərəst bir çox siyasi qüvvə var. Biz çox istərdik ki, bütün bu siyasi qüvvələr, siyasi fiqurlar seçkilər zamanı daxili siyasi işlərdə iştirak edə bilsinlər”.

Paşinyan isə Ermənistanın demokratik ölkə olduğunu deyib. Eyni zamanda xatırladıb ki, qanunvericiliyə görə, yalnız Ermənistan pasportuna malik olan şəxslər Ermənistan Respublikası seçkilərində iştirak edə bilərlər. Rusiya pasportuna malik olanlar isə nə deputat, nə də baş nazir vəzifəsinə namizəd ola bilərlər.

Politoloqlar deyirlər ki, Putin Moskvadakı görüşdə Paşinyanı əsasən üç mesajla şantaj edib:

Birincisi, Paşinyana seçim təqdim olunur: ya AİB, ya da Aİ və bu seçimin özündə enerji dəyəri olacaq;
İkincisi, bu gün Ermənistanda siyasi baxışlarına görə həbsdə olan insanlar, həmçinin Rusiya pasportuna malik vətəndaşlar var, onlara təzyiqlərə son qoyulmalıdır;
Üçüncüsü, Qarabağ məsələsi bu gün də Rusiya üçün həssas məsələ olaraq qalır, yəni Qarabağ məsələsii bağlanmayıb…

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Aprel 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri