Icma.az
close
up
RU
Putin Paşinyanın qarşısına kimi çıxaracaq?

Putin Paşinyanın qarşısına kimi çıxaracaq?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın siyasi gələcəyi iyun ayında keçiriləcək parlament seçkilərinin nəticəsindən asılı olacaq.

Çünki bu seçkilər Qərbyönümlü və Rusiyaya bağlı qüvvələr arasında siyasi rəqabət meydanı hesab edilir. Qərb tərəfdarlarına Baş nazir Nikol Paşinyan rəhbərlik edir. Ermənistanda keçirilən rəy sorğuları göstəriciləri müəyyən dalğalanmalarla Nikol Paşinyanın reytinqinin baş nazir postuna bütün namizədlərdən irəlidə olduğunu göstərir. Müxalifət düşərgəsində isə hakimiyyətdən fərqli olaraq, bütün siyasi təşkilatların vahid mövqedən çıxış etdiyin demək mümkün deyil. Kremldən idarə olunan müxalifət sıralarında bir neçə iddialı namizədin çıxış etməsi hakimiyyətə alternativ qüvvələrin seçkidə qalib gəlmə imkanlarını proqnozlaşdırmağa çətinlik yaradır.

Bu vəziyyət Rusiyanın seçkilərdə hansı namizədə dəstək verəcəyi ilə bağlı sualların yaranmasına səbəb olub. Yəni Rusiyanın konkret bir namizədi Ermənistanın baş naziri postuna gətirməyə çalışacağı, yoxsa seçkilərdə qalib gələcəyi təqdirdə Nikol Paşinyanla işləməyi davam etdirəcəyi aydın deyil. Bu qeyri-müəyyənliyin səbəbi həm də Rusiyanın indiyə qədər susqunluq nümayiş etdirərək seçkilərlə bağlı mövqeyini ortaya qoymaması, daha doğrusu, öz namizədini açıqlamamasıdır.

Ümumiyyətlə, müxalifət düşərgəsində Rusiyanın etimad göstərəcəyi iki namizəd var. Onlardan biri rusiyalı milyarder, Güclü Ermənistan Partiyasının sədri Samvel Karapetyan, digəri isə eks-prezident Robert Köçəryandır.

Rusiya ötən il Samvel Karapetyana fəal dəstək göstərməyə başlasa da, son vaxtlar onunla bağlı açıq bəyanatlar vermir. Hər halda, Karapetyan Rusiyanın Ermənistanda hakimiyyətə gətirməyə çalışdığı əsas namizəd hesab edilir. Hazırda həbsdə olan milyarderi bu missiyasına görə 2021-ci ildə cinayətkar rejimə dəstək üçün Qarabağa göndərilmiş Ruben Vardanyanla müqayisə edirlər. Qondarma rejimin ləğvindən sonra Vardanyanın Ermənistana buraxılmaması və həbsi Rusiyanın onu Paşinyanın yerinə gətirmək planlarını pozdu. Paşinyan Samvel Karapetyanı dövlət çevrilişi ittihamı ilə həbs etdirməklə yanaşı, ona fəal dəstək verən Erməni Apostol Kilsəsinə qarşı təzyiqləri artırıb. Bu, Samvel Karapetyanın siyasi manevr imkanlarını xeyli azaltsa da, müxalifət düşərgəsində əsas siyasi güc mərkəzinə çevrilmək şanslarını itirməyib.

Lakin Köçəryanın Karapetyanı dəstəkləməkdə maraqlı görünməməsi müxalifət sıralarında birliyi pozur. Son günlər Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın seçkilərdə Samvel Karapetyanı dəstəkləmək niyyəti Rusiyanın bütün qüvvələri milyarderin ətrafında cəmləmək taktikası kimi başa düşülə bilər. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin iki dəfə Levon Ter-Petrosyanın evinə gedərək onunla seçkilər məsələsini müzakirə etməsi bu təlimatın Kremldən gəldiyini göstərir. Ter-Petrosyanın liderlik etdiyi Ermənistan Milli Konqres Partiyasından baş nazirliyə Levon Zurabyanın namizədliyi irəli sürülsə də, onun Karapetyanın lehinə geri çəkilməyə hazır olduğu görünür. Ancaq Zurabyan bu mövzuda Güclü Ermənistan Partiyası ilə danışıqların hələ müsbət nəticə vermədiyini deyir. Yəni Ter-Petrosyanın hansı şərt müqabilində Samvel Karapetyanı seçkilərin favoriti kimi dəstəkləməyə razı olduğu açıqlanmır.

Ancaq siyasi məntiq hər iki partiyanın seçkilərə blok şəklində gedəcəyi təqdirdə namizədlər siyahısında ikinci yerin Zurabyana verilməsi şərtinin irəli sürüldüyünü deyir. Əgər Karapetyan seçkilərdə qalib gələrsə, Rusiya vətəndaşı olduğuna görə qanunvericilik onun baş nazir olmasına icazə vermir. Bu halda Zurabyan baş nazir postunu tuta bilər. Ona görə də Ter-Petrosyanın təklifi taktiki gediş də sayıla bilər. Çox güman ki, Levon Ter-Petrosyana etibar etməyən Samvel Karapetyan seçkilərdə eks-prezidentlə birgə hərəkət etməyə maraq göstərmir. 

Son aylar keçirilən rəy sorğularında Samvel Karapetyanın Nikol Paşinyandan sonra ikinci yeri tutması onun növbəti parlamentdə ana müxalifət yerlərinə sahib olmaq şansının yüksək olduğunu deməyə əsas verir. Lakin bu göstərici hazırda 7 faizə düşüb. Respondentlərin 16,5 faizi isə Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasına səs  verməyə hazır olduqlarını bildirib. Robert Köçəryanın tərəfdarları isə 6,8 faiz təşkil edir. Bu baxımdan, Karapetyan Köçəryandan cüzi fərqlə üstünlüyə malikdir. Ancaq seçkilərin taleyini qeyri-sabit elektoratın həll edəcəyini daha çox ehtimal etmək olar. Sorğuda iştirak edən seçicilərin 22 faizi Ermənistanda hər hansı siyasi qüvvəyə və ya namizədə səs verməkdə tərəddüd edir. Seçkilərdə bu qeyri-sabit elektoratın dəstəyini qazana biləcək namizədin qalib gəlmək şansı daha çox olacaq. 

Müşfiq Abdulla
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Yanvar 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri