Icma.az
close
up
RU
Paşinyanın Putin + Lukaşenko “döyüşü”

Paşinyanın Putin + Lukaşenko “döyüşü”

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Belarusdan geri çağırdığı səfir Razmik Xumaryanı geri qaytarmaq niyyətində deyil. 

R. Xumaryan 2024-cü ilin iyununda məsləhətləşmələr üçün çağırılıb. 

Dekabrın 26-da Avrasiya İqtisadi İttifaqının toplantısına videokonfrans vasitəsilə qatılan Ermənistanın Baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında söz davası yaranıb. Buna səbəb N. Paşinyanın ölkəsinin nümayəndə heyətinin ittifaqın sammitinə qatılmayacağı barədə bəyanatı olub.

Lukaşenko isə Ermənistan hökumətinin başçısına irad tutub: 

“Burada nə problem var? Məgər Minsk bu qədər uzaqdır? Bəlkə sizi gətirə biləcək kimsə yoxdur?! Ehtiyac olsa, sizin nümayəndə heyətini biz gətirərik”.

Maraqlıdır, Ermənistan Rusiyadan sonra Belarusla da münasibətləri korlamağa çalışır?

Məsələ ilə bağlı politoloq Samir Hümbətov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Ermənistan Rusiya və Belarusla münasibətlərdən məsafə saxlamağa çalışır: 

“Görünür, Ermənistan Rusiyanın rəhbərlik etdiyi təşkilatlarda qalmaq istəmir. Paşinyanın davranışları bunu sübut edir. Belarus Prezidenti Aleksandr Lukaşenko bunu çox yaxşı başa düşür. Lakin məsələ burasındadır ki, Rusiya Prezidenti Vladimir Putin Paşinyana açıq şəkildə deyə bilmədiyi mesajı Lukaşenkonun dili ilə çatdırır. 

Yəni Moskva Lukaşenko vasitəsilə Paşinyana Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tədbirlərinə qatılmağa vadar edir. Paşinyan istəsəydi, Avrasiya İttifaqının Sank-Peterburqdakı tədbirinə nümayində heyəti göndərə bilərdi. Amma göndərmədi. Çünki Paşinyan hakimiyyəti ümumilikdə Rusiyanın rəhbərlik etdiyi təşkilatlardan uzaqlaşmaq istəyir”. 

O bildirib ki, Ermənistan Qərblə münasibətləri dərinləşdirməyə çalışır və yaxın gələcəkdə bu istiqamətdə daha ciddi addımlar atmağa çalışacaq. Amma Ermənistanın Rusiyadan uzaqlaşması o qədər də asan məsələ deyil. Hər halda Ermənistan Rusiyadan siyasi, iqtisadi, hərbi və enerji cəhətdən çox asılıdır. Ermənistan-Rusiya münasibətlərində ciddi problemlərin olduğu müşahidə edilir”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Dekabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri