Putin Qələbə günü ərəfəsində Moskvanın mərkəzində terror aktlarının qarşısının alınması barədə Trampa məlumat verib
Icma.az bildirir, Azertag portalına istinadən.
Moskva, 20 may, AZƏRTAC
Rusiya lideri Vladimir Putin ötən gün ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı zamanı Qələbə bayramı ərəfəsində Kreml ərazisində və Qırmızı meydanda planlaşdırılan terror aktlarının qarşısının alınması barədə məlumat verib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, Putin Trampa Rusiyanın mayın 9-u şərəfinə elan etdiyi üçgünlük atəşkəs rejimini də xatırladıb. Buna baxmayaraq, mayın 7-nə keçən gecə Ukrayna tərəfi 524 pilotsuz uçuş aparatı və “Storm Shadow” raketləri ilə Rusiya ərazisinə hücum edib.
Putin deyib: “Onların demək olar ki, hamısı vuruldu. Eyni zamanda paytaxtın mərkəzində Kreml və Qırmızı meydan ərazisində terror aktları təhlükəsinin qarşısı alınıb”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Baxış sayı:87
Bu xəbər 20 May 2025 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















