Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Putin İrəvanda son kartını oynayır

Putin İrəvanda son kartını oynayır

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Erməniəsilli milyarder, “Güclü Ermənistan” Partiyasının lideri Samvel Karapetyan Rusiya və Kipr vətəndaşlığından imtina prosesinə başladığını bəyan edib. Karapetyan bu barədə məhkəmə iclasında açıqlama verib. 

Samvel Karapetyan bildirib ki, o, Ermənistan vətəndaşıdır və qarşıdan gələn parlament seçkisində qalib gəlməyi planlaşdırır.

“Partiya lideri olduğum üçün seçkidə iştirak edəcəm və qələbəmə əmin olduğuma görə bu pasportlardan imtina prosesinə başlamışam”, - deyə o bildirib.

Qeyd edək ki, Samvel Karapetyan 2025-ci ilin iyununda din xadimləri ilə hökumət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədikdən sonra dövlət çevrilişinə cəhddə və “çirkli pullar"ın yuyulmasında ittiham edilərək saxlanılıb. 

Samvel Karapetyanın Rusiya və Kipr vətəndaşlığından imtina etməsi onun iyunun 7-də keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürmək istəyi ilə bağlıdır. Aprelin 1-də Moskvaya Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşən Rusiya Prezidenti Vladimir Putin ondan “yaxın dostu olan bəzi Rusiya vətəndaşlarının seçkilərdə iştirakına şərait yaratmasını” xahiş edib. Putin ad çəkməsə də, aydın məsələdir ki, söhbət Rusiya vətəndaşı olan Samvel Karapetyandan gedirdi.

Rusiya Prezidenti Paşinyandan Karapetyanı azadlığa buraxmağı və seçkilərdə iştirakına mane olmamağı istəyib. Lakin Paşinyanın dərhal “ölkəmizdə seçkilərdə yalnız müstəsna olaraq Ermənistan vətəndaşlığına malik olan insanlar iştirak edə bilərlər” deməklə Putinin təklifini rədd edib. Bununla da Paşinyan Samvel dolayısı ilə Karapetyanın seçkilərə buraxılmayacağına işarə edib. Qeyd edilən məsələ ilə bağlı yaranmış fikir ayrılığı Paşinyanın Rusiyaya səfəri zamanı tərəflər arasında əsas mübahisəli məqamlardan  birinə çevrilib. 

Rusiyanın bu addımı Ermənistanda Karapetyanın timsalında İvanişvili variantını işə salmaqla hakimiyyət dəyişikliyinə nail olmaq planlarından xəbər verir. Nikol Paşinyanın hazırda xarici siyasət balansında Rusiyanın maraqlarını əsas tərəflərdən biri kimi götürərək nəzərə alması Kremli qane edə bilər. Seçkilərdə Paşinyanın liderlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası qalib gələrsə, Rusiya onunla işləməyə davam edəcək. Lakin bu, Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi planının olmaması anlamına gəlmir. Rəsmi Moskva rusiyalı milyarder İvanişvilinin Gürcüstanda hakimiyyətə gəlməsindən sonra tədricən Mixail Saakaşvilinin Qərbyönümlü siyasətindən xilas olmağa, rəsmi Tiflisin Avropaya və NATO-ya inteqrasiya kursundan uzaqlaşmasına nail ola bilib.

2022-ci ildə Rusiya milyarder Ruben Vardanyanın vətəndaşlığını ləğv edərək Qarabağa göndərməklə terrorçu və separatçı qrupların dəstəyi ilə Ermənistanda xilaskar obrazında hakimiyyətə gətirilməsinə çalışmışdı. Lakin Vardanyanın təxribat planını vaxtında anlayan Paşinyan onun Ermənistana daxil olmasına imkan vermədi. 2023-cü ilin oktyabr ayında Vardanyanın Azərbaycan tərəfindən həbs edilməsi bu planı pozdu. İndi Rusiya növbəti erməni milyarderi Nikol Paşinyanla əvəzləmək “kart”ını işə salıb. Görünür, Moskva Samvel Karapetyana Ermənistanı Avrointeqrasiya kursundan və  “Tramp marşrutu”ndan imtina etmək üçün vasitə kimi baxır. O, Rusiya üçün keçici fiqur da ola bilər. Ancaq bu gün Putin “dostumuz” adlandırdığı Karapetyanın seçkilərdən qələbə ilə çıxmasında maraqlıdır. Samvel Karapetyanın Rusiya və Kip vətəndaşlığından imtina etməsi də bu səbəblə bağlıdır. Ancaq Karapetyan vətəndaşlıq problemini həll etsə belə, onun namizədliyinin qeydə alınacağı inandırıcı görünmür.

Qeyd edək ki, Ermənistan vətəndaşlarının seçkilərdə iştirak hüququna qoyulan məhdudiyyətlər bu ölkənin konstitusiyasının 48-ci maddəsində təsbit olunub. Həmin maddənin 2-ci bəndinə görə, Ermənistan Respublikasında son 4 il ərzində daimi yaşamış şəxs deputat ola bilər. Samvel Karapetyanın sadələşdirilmiş qaydada Ermənistan vətəndaşlığı alıb və daimi yaşayış yeri Rusiyadır. Ermənistan konstitusiyasının 4.4-cü maddəsində isə qeyd edilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə qəsdən ağır cinayətlər törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəza çəkən şəxslərin səs vermək və seçilmək hüququ yoxdur. Bu baxımdan, Samvel Karapetyan Rusiya və Kipr vətəndaşlıqlarından çıxsa belə, həm son dörd ildə Ermənistanda daimi yaşamadığına, həm də barəsindəki cinayət işi və məhkəmə qərarı qüvvədə qaldığına görə deputatlığa namizədliyi qeydə alınmayacaq. 

Üstəlik, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi" Partiyasının parlament fraksiyası Seçki Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı təşəbbüs irəli sürüb. Həmin qanun layihəsində şəxs adları ilə adlandırılan seçki blokları qeydə alına bilməz. əslində, burada hədəf “Samvel Karapetyanla Güclü Ermənistan” blokudur. Paşinyan hakimiyyəti Samvel Karapetyanın adının seçki blokundan çıxarılmasına nail olmaq istəyir. Bütün bunlar qarşıdan gələn seçkilərdə Karapetyanın siyasi revanşının qarışısını almaq üçün Paşinyan iqtidarının siyasi və hüquqi resuraslardan istifadə edəcəyini göstərir. 

Müşfiq Abdulla
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Aprel 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see470

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see439

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see313

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see310

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see264

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see253

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see247

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see243

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see234

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see229

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see222

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see217

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see217

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see215

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see213

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see204

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see201

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see199

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see196

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri