Icma.az
close
up
RU
“Putin qeyri legitimdir, oğrudur və hərbi canidir” Kreml təbliğatçısından şok bəyanat

“Putin qeyri legitimdir, oğrudur və hərbi canidir” Kreml təbliğatçısından şok bəyanat

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Rusiyada kifayət qədər tanınan, Kremlə yaxın təbliğatçı sayılan hökumətyönlü bloqer İlya Remeslo gözlənilməz bəyanatla çıxış edib. 

“AzPolitika” xəbər verir ki, tez-tez Vladimir Solovyovun verilişlərinin də qonağı olan İ.Remeslo sosial şəbəkə səhifəsindəki paylaşımında Ukraynadakı müharibəni tənqid edib və Putinin müharibə cinayətkarı kimi məhkəməyə verilməsini tələb edib. Sonradan onunla əlaqə saxlayan jurnalistlərin efirinə çıxan bloqer həmin paylaşımın ona aid olduğunu, hazırda Rusiya ərazisində yaşadığını təsdiqləyib və sölərinin üstündə durduğunu deyib.

Həm də hüquqşünas və vəkil olan Remeslo daha əvvəllər müxalifət xadimlərinə qarşı “donosçuluq” etməsi, hətta mərhum Boris Nemtsova qarşı cinayət işi ilə nəticələnən iddia qaldırmasıyla tanınıb.

O, sözügedən paylaşımını "Vladimir Putini dəstəkləməyi dayandırmağımın beş səbəbi" adlanırıb. Göstərdiyi beş səbəb arasında Remeslo Ukraynadakı müharibəni, iqtisadiyyata və vətəndaşların rifahına dəyən ziyanı, internet və media azadlığının boğulmasını, Putinin hakimiyyətdə olma müddətini və onun seçicilərinə qarşı hörmətsizliyini sadalayır: "Nəticə: Vladimir Putin legitim Prezident deyil. Vladimir Putin istefa verməli, müharibə cinayətkarı və oğru kimi məhkəmə qarşısına çıxarılmalıdır ".

Daha sonra Remeslo növbəti paylaşımında Putinə qarşı çıxmasının 6-cı səbəbini də göstərib: "Dəbdəbəyə olan dəlicəsinə, sərhədsiz həvəsi. Əvvəllər yaxtalar və malikanələrlə bağlı bütün bu “xarici agent” araşdırmalarının bir az uydurma olduğunu düşünürdüm. Lakin 2026-cı ildə artıq bunu gizlətmək mümkün deyil".

"Aqentstvo” kanalı ilə söhbətində Remeslo deyib ki, onun bəyanatının Putinə göstəriləcəyinə əmindir: “Çünki administrasiyada və hüquq-mühafizə orqanlarında məni yaxşı tanıyırlar". Remeslo əlavə edib ki, "Putini tənqid edənlərin hamısını həbsə atmaq mümkün deyil”.

Daha sonra, ayrıca bir paylaşımda Remeslo yazıb ki, bir neçə il əvvəl Navalnıya qarşı Moskva hava limanında keçirilən aksiya "Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko tərəfindən şəxsən sifariş edilib".

Remeslonun bu paylaşımları və açıqlamaları Rusiyada, o cümlədən digər Kreml təbliğatçıları arasında böyük səs-küyə səbəb olub. Kremlin baş təbliğatçısı sayılan Vladimir Solovyov Remeslonun paylaşımlarına reaksiya verib və cavab olaraq "bəzi insanların əsəbləri dözmür" yazıb. O əlavə edib ki, Remeslo "hakimiyyətin təsadüfi yol yoldaşı olub".

Navalnının adamlarından olan Leonid Volkov isə iddia edib ki, “Remeslo heç nəyi pulsuz etmir” və bunun arxasında hansısa hakimiyyətdaxili oyunlar var.

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Mart 2026 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri