Icma.az
close
up
RU
Trampın əsas müttəfiqi ona qarşı çıxdı “Putin hərbi canidir...”

Trampın əsas müttəfiqi ona qarşı çıxdı “Putin hərbi canidir...”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-də Respublikaçılar Partiyasının “ağır toplarından” biri, Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Rocer Uiker Prezident Donal Trampın Rusiya - Ukrayna müharibəsi ilə bağlı tutuduğu mövqe ilə razılaşmayıb.

Senator "Ukrayna ilə bağlı danışıqlarda Putinə güvənmək olarmı" sualına belə cavab verib: "Xeyr. Putin hərbi canidir və beynəlxalq hüququn bütün normalarını pozub. O, ittiham olunmalı, məhkəməyə verilib həbsə atılmalı, hətta edam edilməlidir".

R.Uikerin açıqlamasını şərh edən siyasi ekspert Şahin Cəfərli xatırladır ki, Senatın Komitə sədri respublikaçıların ənənəvi, reyqanist qanadının təmsilçisidir, lakin partiya xeyli vaxtdır bu xətdən uzaqlaşaraq ultrasağçı radikalların nəzarətinə keçib. “Bu, içərisində rasizm, neofaşizm elementlərini də ehtiva edən, rednek kültürünün mühüm rola sahib olduğu, dünyaya konspiroloji baxış bucağından yanaşan, beynəlxalq əlaqələrdə özünütəcrid tərəfdarı olan cərəyandır. Bunlar artıq respublikaçıların meynstrimidir, tradisionalistlər isə yalnız Konqresdə mövqelərini müəyyən dərəcədə qorumaqla sosial dayaqlarını itirərək marginallaşıb”, - o əlavə edib.

Ş.Cəfərli hesab edir ki, respublikaçıların radikallaşmasında demokratların sosializmə, ifrat sol liberalizmə doğru tədrici transformasiyası da rol oynayır: “Fizikanın "təsir əks təsirə bərabərdir" qanunu işə düşüb. Demokratların azlıq hüquqlarına həddən artıq aludə olması və bunu təşviq edən siyasəti, çoxlu sayda miqrantların ölkəyə qəbulu və cəmiyyətə inteqrasiyasına niyyətli olmaları ABŞ toplumundakı ağ mühafizəkarları azalmaqda olan demoqrafik ağırlıqlarını və ənənəvi dəyərləri qoruyub saxlamaq naminə müdafiə mexanizmləri qurub inkişaf etdirməyə sövq edir. Uzun sözün qısası, ABŞ hazırda vətəndaş müharibəsi dövründəkindən daha kəskin şəkildə qütbləşmiş bir ölkədir. ABŞ içərisində 2 ABŞ var. Yeni bir vətəndaş qarşıdurmasını əngəlləyən əsas faktor hər iki düşərgədən olan insanların demokratik üsullarla öz hüquqlarını təmin edib, federal hakimiyyətin başına öz nümayəndələrini gətirmək imkanlarının davam etdiyinə olan inamlarının hələ itməməsidir”.

Ş.Cəfərli bildirir ki, ABŞ yalnız hər iki partiyada mərkəzçi mötədillərin silkələnərək təkrar özünə gəlməsi nəticəsində normallaşa bilər. “Əgər belə bir şans və ehtimal qalıbsa”, - o qeyd edib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Fevral 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri