Putin qəzəbləndi: Paşinyana gözlənilməz Qarabağ xatırlatması
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Astana keçirilən KTMT sammitinə qatılmamasına verdiyi reaksiya İrəvanda ciddi müzakirələrə səbəb olub.
Putin Ermənistanın Baş naziri Nikol Paşinyanın iclasda iştirak etməməsinə şəxsən münasibət bildirib. Həmçinin İrəvan rəsmilərinin son zamanlarda təşkilatın heç bir tədbirinə qatılmamasına diqqət çəkib.
Rusiya prezidenti ermənilərin bu addımının ölkədaxili məsələlər və Qarabağ mövzusundan qaynaqlandığını deyib. Putin vurğulayıb ki, KTMT Qarabağda Ermənistan üçün döyüşə bilməzdi. Çünki müharibə bu ölkənin ərazisində deyildi və hər hansı işğaldan söhbət getmirdi.
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, Paşinyan KTMT-nin iclasında iştirak etməsə də, təşkilatdan çıxdığını da açıqlamır:
“Putin faktiki olaraq Ermənistanın hələ də KTMT üsvü olduğunu və öhdəliklərinin qaldığını birbaşa olmasa da, dolayı yolla deyib. Onun Qarabağla bağlı açıqlaması əslində Paşinyanın bu istiqamətdə tez-tez dilə gətirdiyi ittihamlara cavab idi.

Xəyal Bəşirov
Ümumiyyətlə, bu iddialar ayrıca diqqət çəkir. Çünki Nikol Paşinyan daxil bütün Ermənistan liderləri Qarabağdakı keçmiş qondarma rejimlə heç bir əlaqələrinin olmadığını deyiblər. Amma digər tərəfdən KTMT-dən belə bir tələbləri var. Yəni Ermənistan KTMT üzvüdür, lakin onun dəstəklədiyi qondarma rejim təşkilatın üzvü deyildi. Azərbaycan Ermənistan ərazilərində döyüş aparmırdı, bu səbəbdən təşkilat heç bir dəstək verə bilməzdi.
Nə müharibə zamanı, nə də indi Ermənistana haqsızlıq olmayıb. Reallıq ondan ibarətdir ki, İrəvan istədiyi vaxt KTMT-dən çıxa bilər. Amma bunu edəcək cəsarəti yoxdur. Çünki Rusiyanın təhükəsizlik çətirini itirməyə qorxur. Yəni özü heç vaxt belə qərar verməyəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 30 Noyabr 2024 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















