Putin qorxu içində: ABŞ bu ölkəyə hərbi baza və qoşun yerləşdirəcək KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, ABŞ-ın bu ölkədə daimi hərbi baza yaratması ilə bağlı qərar yaxın vaxtlarda qəbul oluna bilər.
KONKRET.az xəbər verir ki, bu barədə o, “Rzeczpospolita” qəzetinə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, məsələ ilə bağlı ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə danışıqlar davam edir. Hazırda Vaşinqtonda planlaşdırma prosesi gedir.
Kosinyak-Kamış qərarın bir il və ya daha az müddətdə qəbul olunacağı barədə suala cavab olaraq deyib ki, proses daha tez yekunlaşacaq.
O, qeyd edib ki, planlaşdırma bir neçə həftə ərzində başa çata bilər.
Hazırda Polşa ərazisində təxminən 10 min ABŞ hərbçisi yerləşdirilib. Onların mövcudluğu rotasiya prinsipi əsasında təmin olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 10 İyun 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















