Putin razılaşma istəyir, amma Zelenski razılaşmadan imtina edir Tramp
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibənin başa çatdırılması üçün razılaşma əldə etmək istədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, Tramp eyni zamanda Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlarda razılığa gəlmək istəməməkdə günahlandırıb.
Tramp jurnalistlərə açıqlamasında Putinin münaqişənin həlli ilə bağlı razılaşma əldə etməyə hazır olduğunu düşündüyünü deyib.
“Prezident Putin həqiqətən də razılaşma istəyir”, – deyə ABŞ prezidenti bildirib.
Trampın sözlərinə görə, Ukraynadakı müharibə daha əvvəl başa çata bilərdi. O, Zelenskinin daha əlverişli şərtlərlə razılaşma əldə etmək imkanını əldən verdiyini iddia edib.
“Əgər o, bu razılaşmanı iki il əvvəl bağlasaydı, daha yaxşı vəziyyətdə olardı”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti Rusiya ilə Ukrayna arasında müharibənin ümumiyyətlə başlamamalı olduğunu da vurğulayıb. O, münaqişənin özünün prezidentliyi dövründə baş verməyəcəyini düşündüyünü bir daha ifadə edib.
Putinlə bağlı sualları cavablandıran Tramp Rusiyanın dünya bazarına böyük həcmdə neft çıxarmasına da toxunub. Onun sözlərinə görə, Rusiya neftinin aşağı qiymətlərlə bazara çıxarılması qlobal enerji təklifinə təsir göstərir.
Bu mövzuda digər xəbərlər:Putin müharibə istəyir, amma sentyabrda... Zelenski
01 Sentyabr 2026 09:34
Tramp açıqladı: Putin və Zelenski bunu istəyir
18 Avqust 2025 23:00
Tramp: Zelenski və Putin bu müharibənin bitməsini istəyir
18 Avqust 2025 21:48
“Putin sülh istəyir, Zelenski razılaşmaya mane olur“ Tramp
15 Yanvar 2026 14:42
Tramp: Putin və Zelenski görüşməlidirlər
13 Oktyabr 2026 03:43
Baxış sayı:123
Bu xəbər 11 Oktyabr 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















