Icma.az
close
up
RU
“Putin sülh istəyir, Zelenski razılaşmaya mane olur“ Tramp

“Putin sülh istəyir, Zelenski razılaşmaya mane olur“ Tramp

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"Trampın bəyanatları ilə Qərb kəşfiyyatının qiymətləndirmələri arasındakı ziddiyyət..."

ABŞ prezidenti Donald Trump hesab edir ki, Rusiya lideri Vladimir Putin müharibəni bitirməyə hazırdır, lakin Ukrayna tərəfi buna vdaha az hazırdır".

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Trampın agentliyinə verdiyi müsahibədə dediyinə görə, Ukraynada mümkün sülh razılaşmasının qarşısını Moskva deyil, Kiyev alır. Onun sözlərinə görə, Putin müharibəni başa çatdırmağa hazırdır, Ukrayna isə "razılaşmaya meylli görünmür". ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqların niyə indiyədək İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük münaqişəni bitirmədiyi sualına Tramp qısa cavab verib: "Zelenski".

ABŞ kəşfiyyatı: Putin hələ də bütün Ukraynanı ələ keçirmək istəyir

2025-ci ilin dekabrında "Reuters" mənbələrə istinadən yazıb ki, ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, Putin sülh istəyi ilə bağlı açıq bəyanatlarına baxmayaraq, Ukraynanın bütün ərazisi üzərində nəzarət qurmaq niyyətindən əl çəkməyib. Agentliyin məlumatına əsasən, bu qənaətlər Avropa xüsusi xidmət orqanlarının dəyərləndirmələri ilə də böyük ölçüdə üst-üstə düşür.

Almaniya xarici işlər naziri Yohann Vadeful bildirib ki, Rusiya prezidenti ardıcıl şəkildə sülh danışıqlarına başlamamaq üçün bəhanələr axtarır. Onun sözlərinə görə, Putinin sülh danışıqlarına həqiqətən ciddi yanaşdığına şübhələr qalmaqdadır.

"Rusiyanın 2025-ci ildəki itkiləri 415 min nəfər olub"

Böyük Britaniyanın Müdafiə Nazirliyinin kəşfiyyat məlumatlarına görə, 2025-ci ildə Rusiya ordusu Ukraynada ölən və yaralananlar daxil olmaqla təxminən 415 min hərbçi itirib. Bu göstərici yalnız 2024-cü ildən geri qalır, həmin il itkilər 430 min nəfər olaraq qiymətləndirilib.

Britaniya tərəfi tammiqyaslı işğalın əvvəlindən bəri Rusiyanın ümumi itkilərini təxminən 1 milyon 213 min nəfər səviyyəsində dəyərləndirir. Kəşfiyyat məlumatlarına əsasən, 2025-ci ilin dekabrında orta gündəlik itkilər 1130 nəfərə yüksəlib. Noyabrda bu rəqəm təxminən 1030 olub.

Artım cəbhə xətti boyunca hücumların intensivləşməsi ilə izah olunur. 2026-cı ilin yanvarında itkilərin daha da arta biləcəyi bildirilir. "Business Insider" yazır ki, Rusiyanın cəbhədəki itkiləri şəxsi heyət çatışmazlığı yarada biləcək kritik həddə yaxınlaşır.

NATO baş katibi Mark Rüttenin sözlərinə görə, Rusiya ordusu ayda orta hesabla 20-25 min hərbçi itirir. Eyni zamanda "Militarni" nəşri bildirir ki, Rusiya qüvvələri Dnepr çayını yeni tip dronlar vasitəsilə minalamağa başlayıb, bu dronlara iki sovet istehsalı mina yerləşdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Yanvar 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri