Icma.az
close
up
RU
PUTİN RUSİYA İMPERİYASINI SÜRƏTLƏ DAĞIDIR

PUTİN RUSİYA İMPERİYASINI SÜRƏTLƏ DAĞIDIR

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

15 avqust 2025-ci ildə Alyaskada keçirilən Donald Tramp–Vladimir Putin görüşü ;  dünya siyasətində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu sammit, ilk baxışdan -  Ukraynadakı müharibənin gələcəyini müəyyənləşdirmək məqsədi daşısa da, əslində Rusiya imperiyasının mövcudluq perspektivlərini şübhə altına aldı. Görüş göstərdi ki, Moskvanın “imperiya təfəkkürü” XXI əsrin reallıqları ilə uzlaşmır və Putin öz siyasəti ilə Rusiyanı gücləndirmək əvəzinə ; sürətlə zəiflədərək dağılma prosesini sürətləndirir.
 Müşahidələr göstərir ki, Putinin siyasətində hələ də “sovet pioneri” sindromu qalmaqdadır
 Rusiya prezidenti Vladimir Putin  SSRİ nostalgiyası ilə idarə olunan siyasətçi təsiri bağışlayır. Onun düşüncə tərzi sanki sovet pionerinin ideoloji şüurluluğu səviyyəsində qalıb. Bu, XXI əsrin mürəkkəb geosiyasi balansları qarşısında böyük zəiflikdir.
  Qərb dövlətləri, xüsusən də Böyük Britaniya, bu psixoloji zəifliyi dəqiq analiz edərək ;  Putini Ukrayna müharibəsinə sürüklədi. Nəticədə Moskva uzun illərdir davam edən ən ağır hərbi və siyasi bataqlığa düşdü. Ukrayna ərazilərinin 19 faizinə nəzarət edən Rusiya ;  bu “qazanılmış torpaqlar”ı qorumaq üçün böyük resurslar xərcləyir, amma əslində strateji məğlubiyyətlərə uğrayır.
 Alyaska sammitində tərəflərin tam razılığa gəlməməsi dünya ictimaiyyətində həm ümid, həm də məyusluq doğurdu.
  ABŞ prezidenti Donald Tramp kompromis variant kimi hər iki tərəfin müəyyən ərazilərdən imtina etməsini təklif etdi. Lakin Rusiya “işğal edilmiş bölgələrin tanınmasını” şərt qoyaraq prosesə əngəl oldu.
 Bu görüş göstərdi ki, Qərb Moskva ilə kompromisə getməyə hazır olsa da ;  Rusiyanın imperiya iddiaları real nəticə əldə etməyə imkan vermir. Beləliklə, Putin sülh yolunu tıxayaraq Rusiya üçün təhlükəli təcrid mərhələsini dərinləşdirir.
 Alyaska Sammitindən sonra Avropa İttifaqı dövlətlərinin birgə bəyanatı ;  Putinin şərtlərinin qətiyyətlə rədd olunduğunu nümayiş etdirdi. Almaniya, Fransa, Böyük Britaniya və digər ölkələr açıq şəkildə bəyan etdilər ki, Rusiya Ukraynanın NATO və Aİ yoluna veto qoya bilməz.
 Bu qərar Qərbin Rusiyanı tamamilə təcrid etməsi istiqamətində mühüm addımdır.
  Avropa enerji təhlükəsizliyini diversifikasiya edir, sanksiyalar isə Kreml iqtisadiyyatını dərin böhranla üz-üzə qoyur.
  Putin rejimi açıq qarşıdurmadan istədiyini əldə edə bilmədikcə ;  hibrid müharibə alətlərinə əl atır. Azərbaycan da bu siyasətin hədəfindədir :
--Rusiyada azərbaycanlı diasporun sıxışdırılması ;
--biznes dairələrinə təzyiqlər; 
--iqtisadi sabotajlar ;
--kiberhücumlar və dezinformasiya kampaniyaları buna subutdur.
  Lakin Azərbaycanın dövlətçilik təcrübəsi, milli birliyi və müstəqil siyasəti bu təzyiqləri neytrallaşdırmağa qadirdir. 
 34 illik müstəqillik dövründə ağır sınaqlardan çıxmış Azərbaycan ; bu hibrid hücumların öhdəsindən gəlmək gücündədir.
   Rusiyanın daxili zəiflikləri ;  iqtisadi asılılığı, beynəlxalq təcridi və hərbi resurslarının sürətlə tükənməsi -- imperiyanın uzunömürlülüyünə ciddi şübhə yaradır.
  Tarixi təcrübə göstərir ki, imperiyalar hər zaman iki amilin birləşməsi ilə dağılır :
1. Xarici təzyiqlərin artması ;
2. Daxili dayaqların zəifləməsi.
 Məhz bu gün Rusiya da həmin reallıqla üz-üzədir. 10–20–30 illik perspektivdə Kreml özünü qoruyub saxlaya bilsə belə ;  Rusiya Federasıyasının  çökməsi artıq qaçılmaz görünür.
 "Rusiya İmperiyasının" yerinə isə yeni regional güclərin – Çin, Türk Dövlətləri Təşkilatının ( TDT )  və Avropa İttifaqının təsir dairələrinin güclənməsi gözlənilir.

 Qəvami Sadıqbəyli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Avqust 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1019

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see509

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see411

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see318

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see316

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see290

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see253

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see223

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see215

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see211

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see186

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri