Putin: Rusiya kiməsə hücum etməyə hazırlaşmır
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Qərb ölkələrinin Baltik dənizində keçirdiyi hərbi təlimlər və Rusiya gəmilərini saxlamaq cəhdləri eskalasiyaya səbəb olur.
APA-nın Moskva bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” forumunda çıxışı zamanı bildirib.
Putinin sözlərinə görə, Rusiyaya birbaşa hücum ediləcəyi təqdirdə ölkənin sərəncamında olan bütün silahlardan istifadə məsələsi qaçılmaz olaraq gündəmə gələcək.
Rusiya Prezidenti vurğulayıb ki, Rusiya Xarici İşlər Nazirliyinin Kalininqrad vilayətinin müdafiəsi ilə bağlı məktubunda nüvə silahlarından istifadə barədə konkret söhbət getmir. Onun sözlərinə görə, sənəddə Rusiyanın sərəncamında olan bütün vasitələrdən istifadə imkanından bəhs olunur.
Putin, həmçinin Rusiyanın başqa ölkələrə hücum etmək niyyətində olmadığını bildirib. O qeyd edib ki, Rusiya “nə 2029-cu ildə, nə 2030-cu ildə, nə də 2050-ci ildə” heç kimə hücum etməyə hazırlaşmır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 01 Oktyabr 2026 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















