Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır Putin
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Avropa ilə hər hansı hərbi əməliyyatlara hazırlaşmır və bunun üçün heç bir əsas yoxdur.
"İnterfax" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib.
“Bir daha vurğulamaq istəyirəm: biz Avropa ilə hər hansı hərbi əməliyyatlara hazırlaşmırıq. Belə planlarımız yoxdur. Ən əsası isə Avropa ilə vəziyyətin gərginləşdirilməsi üçün heç bir real səbəb və motivimiz yoxdur”, – Putin deyib.
Rusiya Prezidenti Avropa ölkələrində mümkün Rusiya hücumu ilə bağlı səsləndirilən fikirləri “vəziyyətin məqsədyönlü şəkildə şişirdilməsi və təxribat” kimi qiymətləndirib.
Putinin sözlərinə görə, Avropada bir çoxları Rusiyanın mümkün hücumundan danışır və bunu hərbi hazırlıqların zəruriliyi ilə əsaslandırırlar.
O, həmçinin iddia edib ki, Avropadakı müəyyən siyasi dairələr Ukraynadan Rusiyaya qarşı mübarizə vasitəsi kimi istifadə etmək, bununla da Rusiyanın inkişafını məhdudlaşdırmaq istəyirlər. Putin hesab edir ki, Avropa ölkələrində hərbi xərclərin artırılmasını əsaslandırmaq üçün vətəndaşlara Rusiyanın mümkün hücumu ilə bağlı arqumentlər təqdim olunur.
Putinin açıqlaması Avropada Rusiyadan qaynaqlanan təhlükələrlə bağlı müzakirələrin gücləndiyi vaxta təsadüf edir. Avropa rəsmiləri son günlər Rusiyanı sabotaj, kiberhücumlar və digər hibrid fəaliyyətləri intensivləşdirməkdə ittiham ediblər. Moskva isə bu ittihamları rədd edir. /Apa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 25 Sentyabr 2026 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















