Icma.az
close
up
RU
Putin Rusiyada şovinizmi qızışdırır

Putin Rusiyada şovinizmi qızışdırır

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində azərbaycanlılara qarşı ağır cinayətlər törədilib. Digər millətlərin nümayəndələrinə qarşı zorakılıq törətməkdə, işgəncə verməkdə peşəkarlaşmış Rusiyanın xüsusi təyinatlı cinayətkar dəstəsinin basqını nəticəsində beş azərbaycanlı amansızlıqla qətlə yetirilib. Üstəlik, soydaşlarımızdan müxtəlif dərəcəli xəsarətlər alanlar və saxlanılanlar da var ki, bu gün Yekaterinburqun Leninski məhkəməsində onlarla bağlı proses keçirilib.
Reyting.az
-ın məlumatına görə, hazırda Rusiyada azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər millətlərin nümayəndələrinə qarşı şovinist, diskriminasiya və islamofob siyasət daha da şiddətlənir. İddia olunur ki, bu işlərin başında Rusiya rəhbərliyi, bilavasitə prezident Vladimir Putin durur.
Kreml azərbaycanlılara divan tutdurur

Rusiya tərəfi aparılan kobud və əndazəyə sığmayan həbsləri hansısa cinayət işi ilə əlaqələndirsə də, istintaq altında olan insanlara amansız işgəncələrin verilməsi təsadüfi sayıla bilməz. Çünki son günlər Rusiyada azərbaycanlı miqrantlara divan tutulur, buna paralel olaraq Kremldən təlimat alan “jurnalist və siyasətçi” qrupu ölkəmizə qarşı kampaniya aparır, Qarabağ məsələsini hər vəhclə gündəmdə gətirməyə çalışırlar.
Son dövrlər Kremlin Azərbaycandan Krımı Rusiya ərazisi kimi tanımağı tələb etməsi haqda fikirlər, habelə AZAL-ın təyyarəsini vurduqdan sonra Bakıdan üzr istəməməsi də hamıya məlumdur. Bütün bunlar isə baş verən olayların sifarişinin Kremldən və şəxsən Vladimir Putindən gəldiyini deməyə əsas verir. Məhz Kremlin Azərbaycana münasibətdə apardığı siyasətin yaratdığı mənzərə fonunda hüquq-mühafizə orqanları istintaq altında olan soydaşlarımıza dəhşətli işgəncələr verir, hətta onları qətlə yetirməkdən də çəkinmirlər.
Azərbaycanla düşmənçilik edirlər

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Reytinq” qəzetinə deyib ki, baş verən cinayətlərdə iki mühüm məsələ var:
“Birincisi, ümumiyyətlə, Rusiyanın özündəki şovinist əhval-ruhiyyə, başqa millətlərə olan münasibət, eləcə də rus ictimaiyyətinin zorakılığa meylli olmasıdır. Həmçinin Ukrayna müharibəsi fonunda Ukraynanı dəstəkləyən xalqlara münasibət də bu məsələdə önəmli rol oynayır.
İkinci səbəb, sözsüz ki, bilavasitə son dövrlər Azərbaycanın Rusiya ilə bərabər tərəf kimi çıxış etməsi, öz hüquqlarını lazımi səviyyədə qorumasıdır.
Bəli, onu da deyək ki, bizim soydaşlarımız, Rusiyada yaşayan azərbaycanlılar da bəzən müəyyən kriminal olaylarda iştirak edirlər, rus cəmiyyətində olan əhvala uyğun olaraq hansısa hadisələrə meyl göstərə bilirlər. Ancaq məhkəmə qərarı olmadan, bir neçə nəfərin istintaq altında öldürülməsi ağır cinayətdir. Bununla əlaqədar olaraq Azərbaycan Xarici İşlər Nazirliyi də müvafiq bəyanat verib. Mən, bu hadisələri, son zamanlar formalaşan Rusiya-Azərbaycan münasibətlərinə Rusiyanın verdiyi reaksiya kimi başa düşürəm. Bunu Azərbaycanın çox aydın və qəti şəkildə xarici siyasət aparması kimi başa düşürəm. Məsələn, İran-İsrail münaqişəsində Azərbaycanın İsraillə münasibətlərin pozulmaması, Ukrayna müharibəsində Kiyevi dəstəkləməsi, beynəlxalq səviyyədə beynəlxalq hüququ müdafiə etməsi və başqa formada desək, Rusiyaya qarşı qəbul edilən sənədlərdə bitərəf qalması və s. Bütün bunlar Rusiyada Azərbaycana qarşı mənfi tendensiyalara gətirib çıxarıb. Rusiyalı siyasətçilərin, bəlli jurnalistlərin Azərbaycanı açıq şəkildə hədələmələrini, Kremlə yaxın şəxslərin bəzən təhdid bəyanatları vermələrini, Qarabağ məsələsini Kremlin mütəmadi olaraq gündəmdə saxlamaq cəhdlərini müşahidə edirik. Bütün bunlar Rusiyanın Azərbaycana qarşı düşmənçilik siyasəti apardığını göstərir. Təbii ki, bunun da təzahürlərindən biri Rusiyada azərbaycanlılara və miqrantlara olan münasibətdir”.
S. Cəlaloğlu hesab edir ki, Azərbaycan bu məsələnin arxasında dayanmalı, lazım gələrsə, məsələni beynəlxalq səviyyəyə qaldırmalı, cinayətkarlar cəzalandırılmalıdır: “Aydın olmalıdır ki, hansı səbəbdən adi istintaq altında olan bir neçə azərbaycanlı işgəncə səbəbindən ölüb. Təsəvvür edin ki, insanlar həbs edilib və istintaq altına salınıb. Onların barəsində heç nə sübut edilməyib və onlar işgəncəyə məruz qalaraq ölüblər. Sözsüz ki, bu ağır cinayətdir. Məsələnin həm hüquqi, həm də siyasi tərəfi var”.
Putin repressiyalarda Stalindən önə keçib

Qeyd edək ki, Rusiya əsrlərlə digər xalqları şovinizm və diskriminasiyaya məruz qoyub. Bu gün Putinin apardığı siyasət də formalaşmış “ənənənin” daha sərt formasıdır. Əgər bu gün Rusiya dili, dini eyni olan slavyan Ukrayna xalqına qarşı belə qəddar siyasət yürüdürsə, Ukraynanın şəhər və kəndlərini yer üzündən silirsə, Buçadakı kimi soyqırımı törədirsə, yaşayış məntəqələrini ən son dağıdıcı silahlarla vurursa, onda digər xalqlara qarşı daha qəddar davranışı təəccüb doğurmamalıdlr.
SSRİ-nin simasında imperiya dağıldıqdan sonra Rusiyada şovinizm və islamofobiya ən yüksək həddə çatıb. Çeçen xalqına qarşı etnik təmizləmə həyata keçirən Rusiya eyni siyasəti digər xalqlara qarşı da reallaşdırmaq istəyir.
Onu da xatırladaq ki, 1990-cı illərdə digər xalqların nümayəndələrinə qarşı qəddarlığı ilə seçilən skinhed hərəkatının arxasında Rusiya xüsusi xidmət orqanları dururdu. Bu gün heç skinhedlərə də ehtiyac yoxdur, çünki bu funksiyanı Rusiyanın hüquq-mühafizə orqanları daha qəddar və açıq formada həyata keçirirlər. Bu isə humanizmdən dəm vuran Rusiya dövlətinin, rus xalqının faciəsidir.
Bütün bu proseslərdə Rus Pravoslav Kilsəsi qızışdırıcı yer tutur, ideoloji təxribatları əsaslandırır, hüquq-mühafizə orqnlarının qəddarlığına, qanunsuzluq və özbaşınalığa haqq qazandırır.
Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayət də, Rusiya polisinin - “OMON”-nun qəddarlığını göstərir. Artıq polisin qəddarlıq ənənələri maskalanmadan daha şiddətli formada həyata keçirilir. Rusiya hüquq-mühafizə orqanlarının ixtira etdiyi etnocinayətkarlıq anlayışı bu ölkədə digər xalqların nümayəndələrinin artıq cinayətkar kimi təqdim olunmasına hüquqi əsas yaratmaq cəhdidir. Rusiya törətdiyi və daha da genişləndirməyi planlaşdırdığı etnotəmizləmə siyasəti üçün zəmin yaradır.
Hətta Stalinin dövründə belə qaydalar varıydı, insanları küçədə, evində güllələmirdi, işgəncə vermirdilər. Bunun üçün həbsxanalar, düşərgələr mövcud idi. Hazırkı Rusiyada baş verənlər isə Stalin repressiyalarını da kölgədə qoyur.
E. KAMAL
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://reyting.az
archiveBu xəbər 29 İyun 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see400

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see357

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see322

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see316

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see292

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see271

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see231

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see208

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see205

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see202

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see189

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see182

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see176

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see166

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri