Putin: Rusiyada terror təhlükəsi riski artır
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyada terror təhlükəsi riskinin artdığı bildirilir.
APA-nın Moskva bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin 2026-cı ildə keçiriləcək seçkilərlə bağlı təhlükəsizlik məsələlərinə həsr olunmuş müşavirədə deyib.
O, Ukraynanı terror metodlarına əl atmaqda ittiham edib. Bildirib ki, Kiyev Rusiya qoşunlarının irəliləməsini dayandıra bilmədiyi və hər gün ərazi itirdiyi üçün bu üsullara əl atır. Putinin sözlərinə görə, Ukrayna və onun dəstəkçiləri açıq terror metodlarına keçiblər.
“Ukrayna öz ərazisində seçkilər keçirmir və Donbasda seçkilərin keçirilməsinin qarşısını almağa çalışacaq. Ukrayna hərbi vəziyyət bəhanəsi ilə öz seçkilərini keçirmir və Rusiyanın seçkilər keçirməsinə mane olur. Donbas və Novorossiyanın Rusiyanın bir hissəsi olmaqla bağlı tarixi hüquqlarını inkar edənlər orada səsverməni pozmağa çalışacaqlar. Rusiyanın prioriteti 2026-cı ilin sentyabrında keçiriləcək seçki prosesinin bütün iştirakçılarının təhlükəsizliyidir. Bütün həyati əhəmiyyətli xidmətlərin fasiləsiz işləməsini təmin etməliyik”, – deyə Rusiya Prezidenti vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 28 Aprel 2026 22:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















