Icma.az
close
up
RU
Putin Rusiyanı yeni modelə keçirir 26 illik plan işə düşdü

Putin Rusiyanı yeni modelə keçirir 26 illik plan işə düşdü

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Financial Times” qəzetinin məlumatına görə, Rusiya hakimiyyəti Ukraynadakı müharibənin artan xərcləri fonunda iri biznes nümayəndələrindən dövlət büdcəsini dəstəkləməyi istəyib. Nəşr yazır ki, Prezident Vladimir Putin hərbi xərclərin artması səbəbindən büdcə kəsirinin genişlənməsi fonunda rus milyarderlərlə maliyyə dəstəyi imkanlarını şəxsən müzakirə edib.

Qəzetin mənbələrə istinadən verdiyi məlumata görə, 2025-ci ildə müdafiə xərcləri əvvəlki illə müqayisədə təxminən 42 faiz artıb və müharibə üçün ayrılan vəsaitin ümumi həcmi yüz milyardlarla dollar təşkil edir.

“The Bell” nəşrinin məlumatına görə, bəzi rus milyarderləri artıq maliyyə dəstəyində iştirak etməyə hazır olduqlarını bildiriblər. Onların sırasında Süleyman Kərimov və Oleq Deripaska da var. Sanksiyalara baxmayaraq, son illərdə rus milyarderlərinin sərvətinin artdığı qeyd olunur.

Globalinfo.az-a danışan politoloq Tamilla Qulami deyib ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başladığı vaxtdan etibarən Prezident Vladimir Putinin ölkənin iri biznes nümayəndələrinə, xüsusilə milyarder və oliqarxlara müraciətləri ilə bağlı məlumatlar vaxtaşırı gündəmə gəlib:

“İlk növbədə qeyd etmək lazımdır ki, hələ 2000-ci illərin əvvəllərindən etibarən Kremlin siyasəti oliqarxların siyasi ambisiyalarını məhdudlaşdırmaq, əvəzində isə onlara iqtisadi fəaliyyət üçün müəyyən imkanlar yaratmaq üzərində qurulmuşdu. Bu gün isə Kreml həmin milyarderlərə təqdim etdiyi imkanları ön plana çıxararaq, qarşılığında dəstək tələb edir. Bu, Rusiyanın idarəetmə modelinin xarakterik xüsusiyyətlərindən biridir – edilən güzəştlərin əvəzinin geri qaytarılması gözlənilir.

Qərbin sanksiyaları nəticəsində bəzi rusiyalı milyarderlər, məsələn, Roman Abramoviç və Alişer Usmanov xaricdəki aktivlərinin bir hissəsini itirib və müxtəlif məhdudiyyətlərlə üzləşiblər. Bu isə onların maliyyə imkanlarını müəyyən qədər zəiflədərək, Kremldən asılılıqlarını artırıb. Belə şəraitdə Putinin maliyyə dəstəyi tələbi həm iqtisadi zərurət, həm də siyasi nəzarət aləti kimi qiymətləndirilə bilər”.


Tamilla Qulami

Politoloq bildirib ki, Rusiya kimi ölkədə açıq etiraz edənlərin sayı onsuz da məhduddur, xüsusilə müharibə dövründə siyasi risklər daha da yüksək olur:

“Buna baxmayaraq, dolayı narazılıq siqnalları müşahidə edilir. İnvestisiyaların azaldılması, kapitalın ölkədən çıxarılması cəhdləri və dövlət layihələrində passiv iştirak bu baxımdan nümunə göstərilə bilər. Digər tərəfdən, bəzi biznes qrupları Kremlə yaxınlığını qorumaq üçün bu tələbləri qəbul edir, müxtəlif fondlar, könüllü ianələr və dövlət sifarişləri vasitəsilə dəstək verir.

Ümumilikdə, bu proses Rusiyanın iqtisadi modelində daha dərin dəyişikliklərin göstəricisi kimi dəyərləndirilə bilər. Görünən odur ki, ölkə uzanan münaqişə fonunda getdikcə müharibə iqtisadiyyatına keçid edir: dövlət xərcləri artır, özəl sektorun sərbəstliyi azalır və resurslar prioritet olaraq hərbi-sənaye kompleksinə yönləndirilir. Bu isə uzunmüddətli perspektivdə iqtisadi artımı zəiflədə, innovasiyanı azalda və biznes mühitini daha qeyri-müəyyən edə bilər.

Bütün bunları nəzərə alaraq demək olar ki, Putinin milyarderlərdən maliyyə dəstəyi istəməsi təkcə qısamüddətli büdcə ehtiyacları ilə bağlı deyil. Bu, eyni zamanda siyasi loyallığın yoxlanılması, iqtisadi resursların mərkəzləşdirilməsi və müharibə şəraitində dövlətin biznes üzərində nəzarətinin gücləndirilməsi strategiyasının tərkib hissəsidir”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Mart 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri