Putin Rusiyası Azərbaycan və Ermənistan ilə körpüləri tamamilə yandırıb
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Cənubi Qafqaza səfəri və genişmiqyaslı birgə layihələrin həyata keçirilməsi planları ilə bağlı açıqlamalarını şərh edən Putinin mətbuat katibi Dmitri Peskov, Rusiyanın Azərbaycan və Ermənistanla bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq etdiyini və Moskvanın bu əməkdaşlığı daha da gücləndirmək, inkişaf etdirmək niyyətində olduğunu bildirib.
Məyusluğunu və qısqanclığını heç cürə gizlədə bilməyən Peskov həmçinin onu da vurğulayıb ki, Azərbaycan və Ermənistan suveren dövlətlərdir və onlar xarici siyasətlərini müstəqil şəkildə müəyyən etmək, müxtəlif dövlətlərlə əlaqələr qurmaq hüququna malikdirlər".
Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. Onun sözlərinə görə, Peskov bir həqiqəti anlaya bilmir ki, Putin Rusiyası Azərbaycan və Ermənistan ilə körpüləri demək olar ki, artıq tamamilə yandırıb:
"Bu baxımdan Moskvanın Bakı və İrəvanla əməkdaşlığı daha da gücləndirmək imkanları çox böyük bir sual altındadır. Rusiya özünün yarıtmaz və destruktiv siyasətinin nəticəsində hal-hazırda Cənubi Qafqazdakı proseslərdə "offsayd" vəziyyətinə düşüb".
Komitə sədri qeyd edib ki, Vensin İrəvana və Bakıya səfəri Rusiyanın Cənubi Qafqazdakı liderlik mövqeyini tamamilə sıfırladı:
"Peskovların, zaxarovaların açıqlamaları isə onu göstərir ki, Moskva yeni reallıqlarla heç cürə barışa bilmir. Lakin Bakı və İrəvan Moskvanın göz yaşlarına inanmağa borclu deyil.
Yeni geosiyasi reallıqlar Azərbaycan və Ermənistanın sülh yolunu davam etdirməsi üçün olduqca əlverişli imkanlar açır. Rusiya isə sülhə mane olmaq imkanlarını artıq tamamilə itirib. Sülh prosesi geridönməz mərhələyə daxil olub".
Süleyman
Bu mövzuda digər xəbərlər:Çin olmasa, Putin Rusiyası heç nədir
24 Sentyabr 2025 13:14
Putin Rusiyası bəşəriyyətin başı üzərindəki qılınc...
24 Oktyabr 2025 10:30
Putin Rusiyası özünü Hitler Almaniyasından daha qəddar aparır
02 İyun 2026 11:45
Ukrayna Putinin Rusiyası deyil
20 Fevral 2025 15:54
Qərbi Azərbaycan Xronikası: Erməni layihəsini Vatikan və Çar Rusiyası formalaşdırıb
22 Yanvar 2026 08:36
Baxış sayı:157
Bu xəbər 11 Fevral 2026 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















