Icma.az
close
up
RU
Putin Rusiyası istəməsə belə, Azərbaycanın suverenliyinə hörmətlə yanaşmağı öyrənəcək.

Putin Rusiyası istəməsə belə, Azərbaycanın suverenliyinə hörmətlə yanaşmağı öyrənəcək.

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Kremlin "xeyir-dua"sı ilə son günlərdə Azərbaycana qarşı "səlib yürüşü"nə çıxmış şovinist-millətçi Z-blogerlərin cərgəsinə Rusiyanın rəsmi mediası da qoşulub. Xankəndidə qanunsuz olaraq qoyulmuş erməniəsilli rusiyalı rəssam İvan (Ovanes) Ayvazovskinin abidəsinin sökülməsi Rusiya mediasının Azərbaycana qarşı təxribata start verməsi üçün bəhanə rolunu oynadı. Ayvazovskinin sözügedən büstü 2021-ci ilin dekabrında Azərbaycanın suveren ərazisində müvəqqəti yerləşdirilmiş keçmiş sülhməramlı kontingent tərəfindən onun mandatına zidd olaraq Xankəndidə yerləşdirilmişdi. Bu gün həmin abidənin və bu qəbildən olan digər qanunsuz abidələrin və tikililərin sökülməsi Azərbaycan dövlətinin suveren hüququdur. Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi qondarma abidələrin saxlanılması və ya sökülməsinə heç kim kənardan göstəriş verə bilməz. Bu cür qərarlar qəbul etmək səlahiyyəti yalnız və yalnız Azərbaycan dövlətinə məxsusdur.
Lakin görünən budur ki, son vaxtlar yenidən ermənipərəstlik xəstəliyinə tutulan Rusiya rəhbərliyi isə bu məsələyə tamamilə fərqli aspektdən yanaşır. Ona görə də məhz Kremlin göstərişi ilə TASS, RİA Novosti, “Kommersant”, RBK, "İzvestiya" “Gazeta.ru” və s. kimi nüfuzlu Rusiya KİV-ləri Ayvazovskinin abidəsinin sökülməsi barədə məlumat verərkən Azərbaycanın ərazi bütövlüyünü pozan və beynəlxalq səviyyədə tanınmış sərhədlərini şübhə altına alan ifadələrdən istifadə ediblər. Həmçinin, Rusiya prezidentinin mədəniyyət məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy da Kremlin tapşırığı ilə anti-Azərbaycan kampaniyasına qoşularaq, Ayvazovskinin büstünün sökülməsinə dair açıqlamasında, guya, Azərbaycanda Rusiya mədəniyyətinin “ləğv edilməsi” kimi əsassız iddia ilə çıxış edib.
Rusiyanın aparıcı media qurumları Xankəndi şəhərini “Stepanakert” kimi təqdim etməyə, Qarabağımızı “Naqornı Karabax” və ya "Artsax" kimi qeyd etməyə başlayıblar. Rusiyanın rəsmi qəzetlərinin və eləcə də özünü "müstəqil" kimi təqdim edən Kremlə yaxın informasiya agentliklərinin Azərbaycanın suveren ərazi-inzibati vahidlərini qondarma erməni adlarıyla təqdim etməsi, Şvıdkoyun isə ağ yalana əl atması heç şübhəsiz ki, planlı addımdır. Kremlin günahı və yanlış imperiya siyasəti üzündən Rusiya-Azərbaycan münasibətlərinin gərgin fazaya keçməsindən sonra rəsmi Moskva yenidən əvvəlki ermənipərəst siyasətinə qayıdıb. Rusiya mətbuatının bizim inzibati-ərazi vahidlərimizin adlarını qəsdən "erməniləşdirməyə" başlaması da məhz bundan qaynaqlanır.
Lakin Kreml unudur ki, Azərbaycana qarşı bu cür qeyri-dost addımlar həm beynəlxalq hüquqa, həm də qonşuluq və müttəfiqlik münasibətlərinin ruhuna tamamilə ziddir. Rusiya KİV-lərinin bunu görməzdən gəlməsi və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş terminlərdən israrla istifadə etməsi onsuz da gərgin olan münasibətlərin daha da pisləşməsinə xidmət edir. Eyni zamanda, bu proseslər həm də onu göstərir ki, Rusiya yaxşı qonşu olmağı bacarmır və istəmir. Çünki Rusiyanın məqsədi Azərbaycanla və Cənubi Qafqazın digər respublikaları ilə bərabərhüquqlu münasibətlər qurmaq yox, bu regionda özünün dominant rolunu, nəzarət imkanlarını qoruyub saxlamaqdır. Bu da o deməkdir ki, Rusiya rəhbərliyi reallıq hissini itirib, Rusiya mediası isə Kremlin sərsəm göstərişlərinin icraçısına çevrilib. Lakin Putin Rusiyası istəməsə də belə, Azərbaycanın suverenliyinə hörmətlə yanaşmağı öyrənəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Avqust 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri