Putin sanksiyalardan yayınmaq üçün bütün hiylələrdən istifadə edir...
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
...ABŞ senatorları Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanması” adlandırılan neft tankerlərinə qarşı sanksiyaları genişləndirməklə Moskvaya təzyiqi artıracaq qanun layihəsi təqdim ediblər.
SİA-nın məlumatına görə, bu barədə “Financial Times” yazır.
Sentyabrın 20-də tətbiq ediləcək yeni məhdudiyyətlər paketi Rusiya neftinin və mayeləşdirilmiş təbii qazın ixracı ilə məşğul olan gəmilərin bloklanmasını, həmçinin Rusiyanın müdafiə sektoruna qarşı sanksiyaların genişləndirilməsini təklif edir.
Qanun layihəsinə senatorlar Cim Riş (Respublikaçı) və Ceanne Şaheen (Demokrat) sponsorluq ediblər.
…Putin sanksiyalardan yayınmaq üçün bütün mümkün hiylələrdən istifadə edir. ABŞ hərbi büdcəni dolduran bu gəmilərin fəaliyyətini pozmaq niyyətindədir.
Bunu Riş bildirib.
Qanun layihəsinə dəstək ikitərəflidir. Onun sponsorları arasında ABŞ prezidenti Donald Trampın müttəfiqləri Lindsi Qrem və Tom Cotton da var.
Bu arada Ukraynada müharibəyə son qoymaq üçün Trampın Putinlə apardığı danışıqlar dalana dirənib.
Sərt tədbirlər görmək təhdidlərinə baxmayaraq, Tramp hələ də Moskvaya qarşı konkret addımlar atmayıb.
…Və yeri gəlmişkən, Avropa İttifaqı Rusiyanın neft-qaz sənayesinə, onun enerji resurslarını alan Çin və Hindistan şirkətlərinə qarşı öz sanksiyalarını nəzərdən keçirir.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 21 Sentyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















