XİN rəhbəri: Gürcüstan Rusiyaya qarşı sanksiyalardan yayınmaq üçün istifadə edilmir
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
“Gürcüstan sanksiyalardan yayınmaq üçün meydança kimi istifadə olunmaması üçün vicdanla çalışır. 2022-ci ildən bəri Gürcüstanı ittiham etmək üçün bir hal belə olmayıb”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2022-ci ildən etibarən Gürcüstana qarşı kampaniya aparılır ki, guya ölkədən sanksiyalardan yayınmaq üçün istifadə edilir.
“Lakin sübut olunub ki, bu belə deyil. Kampaniyaya beynəlxalq aktorlar, müxalifət təmsilçiləri və bir sıra təşkilatlar cəlb olunub. Əsas məqsəd Gürcüstanın imicinə xələl gətirmək və onun maraqlarını sarsıtmaqdır. Kampaniya bu gün də davam etdirilir və yəqin ki, davam edəcək”, - nazir söyləyib.
Qeyd edək ki, Avropa İttifaqının sanksiya məsələləri üzrə xüsusi nümayəndəsi Devid Osallivan ötən gün Gürcüstanın XİN rəhbərinə məktub göndərib. O, Gürcüstana Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yan keçilməməsi üçün artıq atılmış addımlara və yüksək səviyyədə ifadə olunan sədaqətə görə təşəkkür edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 30 Oktyabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















