Icma.az
close
up
RU
“Putin səhnəyə qayıdır: Müharibə sanki yoxdur“ “The New York Times“

“Putin səhnəyə qayıdır: Müharibə sanki yoxdur“ “The New York Times“

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"Şanxay sammiti Kreml liderinin beynəlxalq arenada təcriddən çıxdığını nümayiş etdirdi..."

Üç il əvvəl Vladimir Putin Avrasiya liderlərinin illik sammitinə qatılarkən küncə sıxılmış və təcrid olunmuş bir siyasətçi təsiri bağışlayırdı. Çin rəhbəri Ukrayna müharibəsinə görə narahatlığını gizlətmirdi, Hindistanın baş naziri isə açıq şəkildə "Bizim dövr müharibə dövrü deyil" deyirdi.

Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.

Nəşr qeyd edir ki, o vaxt Moskvaya bağlı ordular Ukrayna cəbhəsində geri çəkilir, digər dövlət başçıları isə Putindən uzaq dayanmağa çalışırdılar. Lakin bu gün mənzərə dəyişib. Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Putin böyük coşqu ilə qarşılandı və bu, onun dünya arenasında təcriddən çıxmasının rəmzinə çevrildi.

Sammitdə yeni ovqat

Putin sammit tribunasından Qərbi Ukrayna müharibəsinə görə ittiham etdi, Hindistanın baş naziri Modi ilə əl-ələ gəzdi, Çin lideri Si Tszinpinlə birlikdə gülüş dolu kadrların mərkəzində oldu. İran, Nepal, Tacikistan, Türkiyə və Vyetnam liderləri ilə isə gecəyarısınadək davam edən görüşlər keçirdi.

Gürcüstan Dövlət Universitetinin professoru Mariya Repnikovanın sözləri ilə desək, sammitdə "sanki müharibə qəbul olunmuşdu, hər şey normal hala dönmüşdü və elə bil, müharibə ümumiyyətlə mövcud deyildi".

Ukrayna XİN isə yekun bəyanatda Avropanın İkinci Dünya müharibəsindən sonra gördüyü ən böyük təcavüz müharibəsindən bir kəlmə belə söz açılmamasını "təəccüblü" adlandırdı.

Tramp amili və diplomatik qayıdış

Jurnalistlər qeyd edir ki, "zalda görünməyən fillərdən biri" ABŞ prezidenti Donald Tramp idi. Məhz o, Putinin təcridini qismən qıraraq onu on ildən sonra ilk dəfə Amerika qitəsinə dəvət edib və Braziliya, Hindistan, Cənubi Afrika kimi liderlərlə gərgin münasibətləri fonunda onların Kremlə yaxınlaşmasına yol açıb.

Müharibənin ilk günlərindən Moskva Çin, Hindistan və Türkiyə kimi qeyri-Qərb ölkələri ilə münasibətləri gücləndirdi. Bu əlaqələr həm hərbi iqtisadiyyata dəstək verdi, həm də Putin rejiminə legitimlik qazandırdı.

Vaşinqtondakı Kennan İnstitutunun direktoru Maykl Kimmic deyir: "Söhbət yalnız Rusiyanın üç ildən çox davam edən ağır müharibəyə baxmayaraq ayaqda qalmasından getmir. Rusiya diplomatiyası çox məharətli çıxdı və ölkə üçün həyati əhəmiyyət daşıyan münasibətlər şəbəkəsi quruldu".

Məhdudiyyətlər və paradokslar

Bununla belə, Putinin isti qarşılanmasının sərhədləri var. Avropa ilə münasibətlər dərin donmuş vəziyyətdədir. Bir çox tərəfdaş ölkələr Rusiya ilə ticarətdən asılı olduqları üçün açıq şəkildə Kremlin mövqelərini dəstəkləməyə tələsmir. Çoxu Rusiya tərəfindən irəli sürülən ərazi iddialarını tanımayıb.

Bununla yanaşı, Trampın ticarət müharibələri və təzadlı siyasəti fonunda Putin və Si özlərini "daha sabit tərəfdaş" kimi təqdim edir. Çin isə sammitdən istifadə edərək qlobal nizamın qurulmasında mərkəzi oyunçu olduğunu göstərmək istəyir.

Putinin Çindəki sammitdə gördüyü isti münasibət onun Qərbin sanksiyaları və təcrid cəhdlərinə baxmayaraq yeni diplomatik mövqelər qazandığını göstərir. Lakin bu dəstək tam deyil və çox vaxt maraqlar balansına əsaslanır. Bununla belə, fakt odur ki, beynəlxalq səhnədə artıq heç kim Putini əvvəlki kimi küncə sıxılmış lider hesab etmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Sentyabr 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri