Putin strategiyanı dəyişdi: Rusiya Hindistanı bu ölkə ilə əvəzlədi
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya neft şirkətləri ixrac marşrutlarında mühüm dəyişiklik edərək tədarükün bir hissəsini Hindistandan Çinə yönəltməyə başlayıb. Məlumata görə, yeni strategiya çərçivəsində daha iri həcmli VLCC (Very Large Crude Carrier) tipli tanker gəmilərindən istifadə olunur.
Globalinfo.az xəbər verir ki, bu barədə analitik şirkətlərin məlumatında deyilir.
Əvvəllər Rusiyanın dəniz yolu ilə neft ixracının əsas hissəsi daha kiçik gəmilər vasitəsilə Hindistana göndərilirdi. Lakin Çin istiqamətində marşrutun daha uzun olması mövcud tanker çatışmazlığı problemini yaradıb. Bu səbəbdən logistikanı asanlaşdırmaq üçün neftin Qırmızı dəniz bölgəsində yenidən yüklənməsi sxemi tətbiq edilir.
Bildirilir ki, iri tankerlər yalnız daşınma üçün deyil, həm də alıcı tapılmadığı hallarda neftin dənizdə müvəqqəti saxlanması baxımından daha əlverişlidir. Yeni yanaşma nəticəsində Rusiyanın Avropa hissəsindəki limanlardan Çinə neft tədarükü əhəmiyyətli dərəcədə artıb. Belə ki, dekabr ayında Çinin Rusiyadan gündəlik neft idxalı 1,39 milyon barel olduğu halda, fevralın əvvəlindən bu göstərici 2,09 milyon barelə yüksəlib. Eyni dövrdə Hindistana göndərilən həcmlər təxminən 700 min barel azalıb.
Ekspertlər hesab edir ki, yeni yükləmə marşrutunun seçilməsi digər regionlarda yarana biləcək çətinliklərlə bağlıdır. Aralıq dənizində Avropa ölkələrinin mümkün nəzarət tədbirləri, Oman sahilləri yaxınlığında isə ABŞ hərbi gəmilərinin mövcudluğu alternativ variantların məhdudlaşmasına səbəb olur.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 24 Fevral 2026 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















